07 September 2025

Londonda insanlar Fələstin Fəaliyyətinin qadağasına etiraz etmək üçün küçələrə axışıblar

Londonun Parlament meydanına toplaşan minlərlə etirazçı Fələstin Fəaliyyəti qadağasına etiraz edib. Etirazçılar əllərində plakatlar və şüarlar səsləndirərək polislə toqquşublar.

Londonun Parlament meydanında Fələstin Fəaliyyəti qrupunun qadağanına qarşı keçirilən nümayişdə polislə etirazçılar arasında gərginlik yaranıb. Etirazçılar zabitlərə “Tərəf seçin: ədalət, yoxsa soyqırım?” xəbərdarlığı zamanı yüzlərlə insan həbs edilib.

HTŞ rejimi Camaati-İslami heyətinin səfər tələbini rədd etdi

Suriyadakı HTŞ rejimi Livan Camaati-İslami heyətinin Dəməşqə planlaşdırılan səfərini rədd edib. İddialara görə, Dəməşqin bu qərarını təşkilatın Hizbullahla yaxınlıq yaratmaq və Səudiyyə Ərəbistanının “Qardaşlar”dan uzaqlaşmaq istəyini əsas götürüb.

Suriyadakı Heyət Təhrir əş-Şam (HTŞ) rejiminin Baş Təhlükəsizlik İdarəsi baş katib Məhəmməd Təquşun başçılıq etdiyi “Camaati-İslami” nümayəndə heyətinin Dəməşqə səfər etmək istəyini rədd edib.

Ukrayna Macarıstan və Slovakiyaya neft ixrac edən “Dostluq” kəmərinə yenidən zərbələr endirib

Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri yenidən “Dostluq” neft kəmərinə hücum zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri, "Madyar" adlandırılan qrupun rəhbəri Robert Brovdi Telegram-da məlumat verib.

Onun sözlərinə görə, Bryansk vilayətində nasos stansiyası zədələnib.

Rusiyanın Ukraynaya kütləvi zərbələri nəticəsində ölən və yaralananlar var

Rusiya Ukraynaya növbəti kütləvi hücumunu həyata keçirib.

Bu barədə "UNİAN" məlumat yayıb.

Məlumata görə, hücum zamanı taktiki PUA-lar və raketlərdən istifadə olunub.

Zərbə endirilən şəhərlər arasında Kiyev, Odessa, Zaporoje, Xarkov, Kremençuk, Krivoy Roq var.

Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Krivoy Roqda xəsarət alan üç kişidən biri ağır vəziyyətdədir.

İsrail son iki əsrin ən böyük media işçilərinin qətliamı ilə tarixə adını həkk etdi

İsrailin Fələstində qətliam törətməsi XX və XXI əsrlərin ən böyük media işçilərinin öldürülməsi ilə tarixi faciəyə yol açıb. Bütün imkanları ilə ərazisindən məlumatların sızmasına ciddi senzura qoyan İsrail öz cinayətinin qarşısını almaq üçün Qəzzada jurnalist soyqırımını davam etdirir. Müqayisə üçün təqdim edilən rəqəmlər sözün həqiqi mənasında dəhşət saçır.

Ötən əsrin ən böyük insan itkisinə səbəb olan ikinci dünya müharibəsi zamanı milyonlarla insan ölümü müqabilində jurnalistlərin sayı 69 nəfəri keçməyib.