04 September 2025

Tbilisinin Əhli-beyt (ə) məscidindən Qəzzaya ərzaq yardımı

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Poniçala (Soğanlıq) Əhli-beyt (ə) məscidinin təşəbbüsü ilə Qəzzada aclıqdan əziyyət çəkən müsəlmanlara ərzaq yardımı göndərilib.

Aksiya məscid icmasının təşkilatçılığı və dindarların dəstəyi ilə həyata keçirilib.

Məscid rəhbərliyi bildirib ki, toplanan yardımlar Qəzzada aclıqla üz-üzə qalan ailələrə çatdırılıb. Onların sözlərinə görə, bu təşəbbüs həm humanitar dəstək, həm də həmrəylik mesajı daşıyır.

Rusiya Ukraynaya raket zərbəsi endirib, ölən və yaralananlar var

Rusiya ordusunun Çerniqova endirdiyi raket zərbəsi nəticəsində 1 nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Bu barədə Ukrayna mediası Çerniqov şəhər hərbi administrasiyasının rəhbəri Dmitri Brijinskiyə istinadən məlumat yayıb.

Məlumata görə, bu dəfə raketlərin hədəfi ərazini minalardan və partlamamış sursatlardan təmizləyən humanitar missiyanın əməkdaşları olub.

Aİ Azərbaycanın neft emalı zavoduna sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) Türkiyədə yerləşən, Azərbaycana məxsus "STAR" adlı neft emalı zavoduna sanksiya tətbiq edib. 

Bu barədə "OC Media" sentyabrın 4-də Aİ sözçüsünə istinadən xəbər yayıb. 

Məlumatda bildirilir ki, sanksiya nəticəsində sözügedən zavodun emal etdiyi məhsullar Aİ ölkələrinə idxal edilə bilməz. Buna səbəb isə zavodun Rusiya xam neftini emal etməsidir. 

Məscidlərdə aztəminatlı ailələrə “Qış tədarükü” kampaniyası

Tatarıstanda əsrlərdir davam edən, lakin zamanla unudulmağa üz tutmuş qədim bir xeyriyyəçilik ənənəsi yenidən canlandırılır.

Respublikanın məscidləri fermerlərin və bağ sahiblərinin yeni məhsulundan verdiyi ehsanları (zəkat və ya “ğuşr” sədəqəsi) qəbul etməyə başlayıb. Bu təşəbbüs sayəsində yüzlərlə ehtiyacı olan ailənin qış tədarükünə dəstək olmaq hədəflənir.

Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda İslandiya üzərində qələbə qazanıb

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.

Məlumata əsasən, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.

İsraildə ordunun Qəzza əməliyyatı üçün ehtiyat qoşun çağırışına etirazlar keçirilir

İsrail Müdafiə Qüvvələri (IDF) müdafiə naziri İsrail Katzın keçən ay Qəzzada genişləndirilmiş hərbi əməliyyat planlarını təsdiqlədiyini və əməliyyata dəstək üçün 60 min ehtiyat əsgərin çağırılacağını açıqlayıb.

İsraillilər çərşənbə günü ordunun ehtiyat qoşun çağırışına etiraz olaraq "maneə günü" adlandırdıqları aksiya üçün küçələrə çıxıblar.

Ərdoğan: “Netanyahu adlı kafirin qətliamına səssiz qala bilmərik”

Prezident Ərdoğan Məhəmməd peyğəmbərin (s) mövludu ilə bağlı keçirilən “Mövlud Kandili” tədbiri üçün Ankarada olub.

Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində Məhəmməd peyğəmbərin (s) mövluduna təşkil edilən “Mövlud-i Nəbi Həftəsi Açılış Mərasimi”ndə çıxış edib.

HƏMAS müəyyən şərtlər müqabilində bütün girovları buraxmağa hazır olduğunu açıqlayıb

HƏMAS hərəkatı İsraillə genişmiqyaslı razılaşma çərçivəsində bütün girovları buraxmağa hazır olduğunu açıqlayıb.

Bu barədə hərəkatın "Telegram" kanalında məlumat verilib.

Razılaşmaya Qəzza sektorunda döyüş əməliyyatlarının tam dayandırılması da daxil olmalıdır.

HƏMAS həmçinin razılaşma ilə birlikdə bütün sərhəd-keçid məntəqələrinin fəaliyyətinin bərpa edilməsini və Qəzzanın yenidənqurma işlərinə başlanmasını tələb edir.

Hüquq müdafiəçisi məhkəməsinə məhbusun şahid gəlməsini istəyir, hakim razı olmur

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərlinin 4 ay həbs cəzasına məhkum edilməsi barədə hökmdən verdiyi apellyasiya şikayətinə baxılır.

Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasında hüquq müdafiəçisinin vəkili Fariz Namazlı vəsatət verib ki, şikayətə baxılıb yekun qərar çıxarılanadək F.Cəfərli ev dustaqlığına buraxılsın.