06 July 2025

Oman müftisi: Bəzi ölkələrin İsrail ilə münasibətləri normallaşdırması təəccüblüdür

Omanın baş müftisi sionist rejimlə münasibətləri normallaşdırmağa çalışan ölkələri sərt tənqid edərək deyib: Bəzi ölkələrin tənəzzülə uğrayan rejimlə münasibətləri normallaşdırması təəccüblüdür.

Omanın baş müftisi Əhməd bin Həməd əl-Xəlili özünün X sosial şəbəkə hesabında yazıb: Sionistlərin özləri bu rejimin keçici olduğuna inandıqları halda, bəzi ölkələrin İsraillə münasibətləri normallaşdırmaq istəyi təəccüblü idi.

Hizbullah tərksilah olmaqdan imtina edib

Livan Hizbullahının baş katibi Aşura mərasimində vurğulayıb ki, sionist rejimin təcavüzünə qarşı müqavimət davam edəcək və Hizbullah heç vaxt sionist işğal rejimi ilə əlaqələrin normallaşdırılmasını qəbul etməyəcək.

Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasım Aşura günü münasibətilə etdiyi çıxışında xalqın geniş şəkildə iştirakını bədxahlara açıq cavab və Livan xalqının müqavimət yolu ilə əlaqəsinin dərinliyinin əlaməti hesab edib.

Bu gün Gürcüstanda müsəlmanlar Aşuranı yad edir

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura yad olunur.

Aşura günü ilə əlaqədar Tbilisidəki Cümə Məscidi və bölgələrdəki əksər Məscidlərdə İmam Hüseyn əleyhissalam əzadarlığı keçiriləcək.

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri Həzrəti İslam Peyğəmbəri Məhəmmədin (s) əziz nəvəsi İmam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

"Real" rekordunu yenilədi

2025 FİFA Klublararası Dünya Çempionatının 1/4 final matçında "Borussiya"nı 3:2 hesabı ilə məğlub edən "Real Madrid" bir mövsümdə oyunların sayına görə ölkə rekordunu yeniləyib.

"One Football" xəbər verir ki, bu görüş "Real Madrid" üçün 2024/2025 mövsümündə 67-ci olub ki, bu da İspaniya klubları arasında tarixin ən yaxşı göstəricisidir.

Pakistanda Kərbəla şəhidləri anılıb

Pakistanın paytaxtı İslamabadda və müxtəlif şəhərlərdə Kərbəla şəhidləri üçün matəm mərasimləri keçirilir.

İslamabad və Ravalpindi şəhərlərində on minlərlə insanın iştirakı ilə Hz. İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün əzadarlıq edilir.

İslamabadda təhlükəsizliyi təmin etmək üçün şəhərin müxtəlif bölgələrinə minlərlə polis, çevik qüvvələr və ordu qüvvələri cəlb edilib.

BRİKS liderlərinin 17-ci sammiti başlayır

BRİKS-ə sədrlik edən Braziliya, 6-7 iyul 2025-ci il tarixlərində Rio-de-Janeyrodakı Müasir İncəsənət Muzeyində keçiriləcək BRİKS Sammitinə ev sahibliyi edir.

Ötən il Rusiyada keçirilən BRİKS-in 17-ci Sammiti bu gün Braziliyada başlayır. Putin və Xinin video konfrans vasitəsilə qatılacağı sammitdə Türkiyəni xarici işlər naziri Fidan təmsil edəcək və iki gün ərzində BRİKS sammitinin tədbirlərində iştirak edəcək.

Ayətullah Xameneinin Aşura mərasimində iştirakı böyük coşqu ilə qarşılanıb

Aşura gecəsi İmam Xomeyni Hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin iştirakı ilə əzadarlıq mərasimi keçirilib.

İyulun 5-də Aşura gecəsi münasibəti ilə İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin hüzurunda İmam Xomeyni Hüseyniyyəsində coşqulu əzadarlıq mərasimi keçirilib. Amerika və işğalçı sionist rejimin son təhdidlərindən dərhal sonra reallaşan bu proqram sosial mediada geniş təsir bağışlayıb və insanların qəlbində dərin bir etimad hissi yaradıb.

Bu gün İslam dünyası Aşura gününü qeyd edir

İslam Dünyasında Aşura Günü qeyd edilir.

Bu gün dünyanın bir çox ölkələrində Aşura mərasimləri keçirilir. Ən böyük mərasimlər şiələrin sıx yaşadığı İran, İraq, Pakistanda qeyd olunur.

Aşura ərəb dilində 10 deməkdirki, Məhərrəm ayının 10-u Kərbəlaya gələn İmam Hüseyn (ə) öz səhabələrilə birlikdə bu gündə şəhid olublar.

Hakimiyyətin son hazırlığı : AŞURA 3-cü hissə

İmam Hüseyn (ə) mərkəzdən qaçma, fikri yayınma, ümidsizlik və sair düşünülə bilən bütün boşluqları Aşura adlı məktəblə doldura bilmişdi. Elə bir məktəblə ki, oranın hər yaşda, cinsindən asılı olmayaraq hər növ əsarəti rədd edən azadlıq təmsilçiləri dünya insanını qorxudan üç dəyərli şey, mal-övlad və can olaraq aldadılma, təhlükə duyulan elementlərlə necə davranaraq azadlıq deyilən sonsuz neməti əldən vermədən qorumaq yollarını göstərirdi.