10 May 2025

Qəzzada yaşayan 65 mindən çox fələstinli uşaq aclıqdan ölə bilər

Qəzza sektorunda yaşayan 65 mindən çox fələstinli uşaq aclıqdan ölə bilər.

Bu barədə Qəzza sektoru hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bölgədəki humanitar böhrana – aclığa, susuzluğu və xəstəliklərin yayılmasına səbəb isə İsrailin tətbiq etdiyi hərtərəfəli (havadan, sudan, qurudan) blokadadır.

İranın Ali Rəhbəri: Müsəlmanlar Fələstin məsələsinin unudulmasına imkan verməməlidirlər

İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei dedi: Bu gün dünyada millətlərə qarşı istifadə edilən qərəzli siyasətlərlə; Fələstinlə bağlı məsələləri unutdurmağa cəhd edilir. Müsəlman xalqları buna imkan verməməlidir. Onlar buna imkan verməməlidirlər.

Nəcəf alimləri Ayətullah Cavadi Amuli ilə görüşüb

Nəcəfdə bəzi alimlər Ayətullah Cavadi Amulinin Nəcəf Əşrəfdəki iqamətgahına gedərək böyük alimlə müzakirə ediblər.

“Əsra” informasiya saytının verdiyi məlumata görə, Ayətullah Seyid Məhəmməd Rza Sistani, Ayətullah İrəvani, Ayətullah Əl-Razi və Ayətullah Cəvahiri onunla ayrı-ayrı görüşlər keçirərək müzakirə ediblər.

İsrail-HTS danışıqlarında nələr müzakirə edilib?

HTŞ lideri Colani Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə keçirilən İsrail-HTS danışıqlarında İsraillə münaqişə istəmədiklərini və İsrailin hava hücumlarını dayandırması və daxili siyasi nəzarət üçün vaxt verməli olduğunu bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin sözçüsü, İsraildə mənzillənən Yediot Ahronot-a görə, Əmirliyin İsrail və HTS arasında "qeyri-rəsmi" danışıqlara vasitəçilik etməsi ilə bağlı xəbərləri tez bir zamanda təkzib edib.

ABŞ defoltla üzləşə bilər

 Borc tavanı artırılmasa, ABŞ avqust ayının əvvəlində ödəniş qabiliyyətini itirə bilər.

Bu barədə ABŞ-ın maliyyə naziri Skot Bessentin Konqresə göndərdiyi məktubda xəbərdarlıq edilir.

Nazirin sözlərinə görə, hökumətin maliyyə ehtiyatları avqustda – Konqres tətilə çıxdığı vaxtda – tükənə bilər.

O, borc limitinin iyulun ortalarınadək artırılması və ya dayandırılması üçün təcili tədbir görülməsini tələb edib.

Qəzzada şəhidlərin sayı 53 minə yaxınlaşır

Fələstin Səhiyyə Nazirliyi, soyqırım törədən İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının son 24 saatda 27 nəfər artaraq 52 min 787 nəfərə çatdığını açıqlayıb.

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 27 nəfər artaraq 52 min 787-yə çatıb.

Yəməndə Qəzzaya dəstək nümayişi: ABŞ-ı məğlub etdik, İsraili də məğlub edəcəyik

Yəmən vətəndaşları əvvəlki həftələrdə olduğu kimi bu cümə günü də Yəmənin şimal-qərbində yerləşən Saada vilayətində genişmiqyaslı yürüş keçirib.

Bu möhtəşəm nümayiş “Amerikanı məğlub etdik və İsraili də məğlub edəcəyik inşallah” şüarı ilə keçirilib və Yəmən vətəndaşları bu nümayişdə Qəzzaya yardımlarını heç vaxt dayandırmayacaqlarını vurğulayıblar.

Pakistan və Hindistan arasında gərginlik; Müharibə dərinləşir

İki dövlət Hindistan və Pakistan arasında müharibə dərinləşməkdə davam edir. Məsələ ilə bağlı dünya ölkələrinin sülh çağırışlarına baxmayaraq müharibə aktiv fazada davam edir. Hindistan tərəf mayın 15-dək ölkədəki 32 hava limanının fəaliyyətini dayandırıb. Bu Pakıstanın onun ərazisinə endirdiyi zərbələrdən sonra edilib.

Pakistan tərəf də Hindistandan gələn zərbələr fonunda bu gün günortaya qədər hava məkanını bağlayıb.

“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb

Türkiyə Super Liqasında XXXV tura start verilib.

İlk gün 2 qarşılaşma baş tutub.

Liderdən 8 xal geri düşən "Fənərbaxça" səfərdə "Başakşəhər"lə qarşılaşıb. Azarkeşlər 5 qola şahidlik ediblər. Görüş qonaqların 4:1 hesablı darmadığını ilə yekunlaşıb.

Turun digər matçında isə "Alanyaspor" səfərdə "Qaziantepspor"u 1:0 hesabı ilə məğlub etməyi bacarıb.