03 May 2025

İsraildən Suriyaya 20-dən çox hücum həyata keçirilib

Bildirilib ki, sionist İsrail təyyarələri Suriyanın hava məkanını pozaraq, ölkənin paytaxtı Dəməşq və ətrafını hədəf alıb. 20-dən çox hücumun həyata keçirildiyi bildirilib.

Suriya Xəbər Agentliyinin (SANA) verdiyi məlumata görə, İsrail aviasiyası Suriyanın bir sıra ərazilərinə, o cümlədən Dəməşqin ətrafına, şimal Deraa kəndinə və Şahta kəndi yaxınlığındakı Həma bölgəsinə zərbələr endirib. 20-dən çox hücumun həyata keçirildiyi bildirilib.

“Galatasaray” öz meydanında asan qələbə qazanıb

Türkiyə Super Liqasında XXXIV turun oyunları davam edir.

Turun ilk matçında "Alanyaspor" "Kayserispor"la qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Turun digər oyununda isə lider "Qalatasaray" öz meydanında "Sivasspor"la üz-üzə gəlib. 5 qolun vurulduğu matçda ev sahibləri rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.

Hindistan Pakistandan malların idxalına və tranzitinə qadağa qoyub

“Pakistan mənşəli və ya bu ölkədən ixrac edilən bütün malların birbaşa və ya dolayı yolla idxalı, tranzit keçidi və azad idxal rejiminə daxil olub-olmamasından asılı olmayaraq ikinci bir göstərişədək qadağan edilir.”

Bu barədə Hindistan Ticarət Nazirliyi tərəfindən məlumat yayılıb.

Bəyanatda bildirilib ki, qadağa dərhal qüvvəyə minir və bu qərar “milli təhlükəsizlik və dövlət siyasəti” zərurətindən irəli gəlir.

Aclıq aksiyasına Kürdəxana Təcridxanasından daha iki inanclı qoşulub

Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq aclığa başlayanlar sırasına daha iki inanclı qoşulub. Kürdəxana 1 saylı İstintaq Təcridxanasında saxlanılan Zeynalov Elçin Arif oğlu və Kərimov Azad Tofiq oğlu soyqırım nazirinin ölkəmizə səfərinə etiraz edərək 3 may tarixindən aclıq aksiyasına qoşulublar.

Ağa-Əli Yəhyayev də aclıq aksiyasına qoşulub

İsrailin baş nazirinin Azərbaycana səfəri ərəfəsində etirazlar durmadan artır. Yaxın Şərqi cəhənnəmə çevirən Benyamin Netanyahuya beynəlxalq təşkilatlar və dünyanın əksər ölkələrində etirazlara baxmayaraq o, razılaşdırılmış sülh müqavilələrini belə rədd edərək kütləvi insan qətliamını davam etdirir.

Sayları 100. 000 üzərindən yaralılar və 50. 000-dən çox, əksəriyyəti qadın və uşaqların qətli Netanyahunun amansız, ümumibəşəri cinayətkar olmasına əyani sübutdur.

HTŞ ilə Druzlar arasında toqquşmalar davam edir

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) təhlükəsizlik qüvvələri ilə terrorçu yeni Dəməşq hökumətini dəstəkləyən silahlı qruplar və yerli druz qrupları arasında gedən döyüşlərdə ən azı 101 nəfərin öldüyünü qeyd edib.

Suriyadakı mənbələrə istinadən SOHR bildirib ki, ölənlərin sayı 30 hökumət tərəfdarı, 21 druz döyüşçüsü və 10 mülki şəxs, o cümlədən Sahnaya şəhərinin keçmiş meri Hosam Varvardır.

Ayətullah Məkarim Şirazi: “İslam psixologiyası” bilikləri psixoloq və məsləhətçilərə tam və hərtərəfli bir sistem kimi təqdim edilməlidir

Ayətullah Məkarim Şirazi Psixoloqlar və Rəhbər Mütəxəssisləri Günü Konfransında iştirak edib. Nazir burada çıxış edərək maraqlı məqamlara toxunub.

 

“Mərhəmətli və Rəhmli Allahın adı ilə!

İlk öncə bu proqramın təşkilində əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm və ümid edirəm ki, konfrans öz məqsədlərinə çatacaq, proqramların təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması istiqamətində uğurlu olacaq.

Samir Babayev də Netayahunun səfərinə etiraz olaraq aclığa qoşulub

“Uşaq qatili İsrailin baş naziri, mənfur Netanyahunun pak torpağımıza səfərini qəbul edilməz hesab edirəm.” Bu fikirləri siyasi məhbus Samir Babayev bildirib.
Umbakı qəsəbəsində qapalı, ciddi rejimli müəsisədə cəza çəkən inanclı başladılan aclıq aksiyasına qoşularaq Benyamin Netanyahunun Azərbaycana gəlişini pisləyib.

İlahiyyatçı Rasim Dəmirov Netanyahunun ölkəmizə gəlişinə etiraz etdi

İlahiyyatçı-alim Rasim Dəmirov Netanyahunun ölkəmizə gəlişinə etiraz edib. Bu barədə o sosial media üzərindən etdiyi paylaşımda bildirib.

“Azərbaycan xalqı qeyrətli xalqdır, həmişə məzlumun yanında, zalımın qarşısında durublar. İnanıram ki, xalqımız 50 mindən çox insanı, böyüklü-kiçikli şəhid edən terrorçu, uşaq qatili Netanyahunun Azərbaycan torpaqlarını öz qanlı ayaqları ilə çirkləndirməsinin qarşısını alacaq.