23 November 2024

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin azad edilməsinə çağırıb

Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.

Noyabrın 22-də- COP29 iqlim konfransının bağlanış günündə  Komitə diqqəti "COP öncəsi həbs edilmiş  ondan çox azərbaycanlı jurnalistdən birinə - həmin gün təcridxanada 30 yaşını qeyd edən Fərid Mehralızadəyə yönəldib.

Duqin: Qloballaşma elitasının hökmdarlıq sonu

Dünya şöhrətli rusiyalı strateq Duqin Milli Kanalda dünya və regional gündəmlə bağlı çox mühüm qiymətləndirmələr edib. Dugin “Zelenskiy, Bayden və bir ovuc qlobalçı itirdiklərinin fərqindədirlər. Biz qloballaşma elitasının hakimiyyətinin sonuna gəldik” deyib. O, Üçüncü Dünya Müharibəsinin artıq başladığını ifadə edərək "Qlobal Qərb bütün qırmızı xətləri aşmaqdadır. Rusiya bu hücumda göstərdi ki, istəsə Qərb şəhərlərini məhv edə bilər" söyləyib.

AİHM Azadlıq qəzeti və jurnalistinin ifadə azadlığının pozulduğunu aşkarlayan qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 21-də elan etdiyi qərarında Azadlıq qəzeti və jurnalist Ramin Cəbrayılzadəyə (Deko) ifadə azadlığının pozuntusunu tanıyıb.
“Azadlıq və Cəbrayılzadə Azərbaycana qarşı” işi 2016-cı ildə çapını dayandırmalı olan qəzetin dərc etdiyi məqalələrə görə cərimələnməsi ilə bağlı olub. Qəzetlə yanaşı məqalələrin müəllifi Ramin Deko da məhkəmə tərəfindən cərimələnib.

Pakistanda törədilən terror aktında 43 nəfər şəhid olub

Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətinin Kurram rayonunda noyabrın 21-də naməlum şəxslərin konvoya hücumu nəticəsində 42 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

“Dawn” qəzetinin məlumatına əsasən, silahlı qrup Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanları daşıyan mikroavtobusları atəşə tutub.

Xeybər-Paxtunxva əyalətinin nazirlərindən olan Aftab Alam verdiyi açıqlamada hücumda 42 nəfərin həyatını itirdiyini bildirib.

Xərrazi: Beynəlxalq Cinayət Məhkəməsinin hökmü qərblilər üçün rüsvayedicidir

"Beynəlxalq Cinayət Məhkəməsinin hökmü qərblilər üçün rüsvayedicidir".

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Seyid Kamal Xərrazi Beynəlxalq Cinayət Məhkəməsinin Benyamin Netanyahu və Yoav Gallantın hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verilməsinə dair hökmünü alqışlayaraq deyib: Beynəlxalq Cinayət Məhkəməsinin hökmü qərblilər üçün eyni zamanda qalmaqallıdır.