13 January 2023

Avropa İttifaqı Bəxtiyar Hacıyevi və Tofiq Yaqublunu azad etməyə çağırır

Operativtv.com Turana istinadən xəbər verir ki,  Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stanonun yanvarır 13 dəki bəyanatı:

  “Avropa İttifaqı hüquq müdafiəçiləri və siyasi fəallar Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən, həmçinin Elçin Sadıqov və Əvəz Zeynallının həbs müddətinin  uzadılmasından narahatdır.

Bütün maneələrə baxmayaraq 70 min insan Əl-Əqsa məscidinə toplaşıb

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İsrail qüvvələrin bütün maneələrinə baxmayaraq, on minlərlə insan bu gün cümə namazı üçün Məscidi-Əqsada toplaşıb. Qüds İslami Vəqflər İdarəsindən verilən açıqlamada, cümə namazı üçün Məscid-i Əqsada toplananların sayının 70 min nəfər olduğu təxmin edilir. İsrail qüvvələri həm Qüds əhalisinin, həm də Qüdsdən kənardan gələnlərin Məscidi Əqsaya çatmalarını çətinləşdirmək üçün Məscidi-Əqsanın bütün qapılarına mühafizəçilər yerləşdiriblər.

Bəxtiyar Hacıyevə qarşı ittiham sərtləşdirilib

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 13-də Bakı Şəhər Baş Polis İdarəsi həbsdə olan fəal Bəxtiyar Hacıyevə qarşı ittihamı sərtləşdirib. Belə ki, Cinayət Məcəlləsinin 221.1.1-ci (xuliqanlıq) maddəsi 221.2.2-ci (ictimai asayişin mühafizəsi üzrə vəzifələrini yerinə yetirən hakimiyyət orqanı nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə əvəz edilib. Hacıyev həmçinin Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsilə ittiham olunub.

Dini və milli məsuliyyətimiz

Müsəlman Birliyi Hərəkati-artıq səkkiz ildir ki, sizlərin azlı çoxlu tanıdığıniz bir imzadır. Bəzən illər fəaliyyət dövrünü sadalamaqla baş verənlər barədə hesabata ehtiyac yaratsa da, zənnimizcə hərəkatın hər ötən ilki fəaliyyət dinamikası sizin gözləriniz önündə baş verir deyə bunu ehtiyac belə qalmır. Bununla belə ötən ilin hadisələrinə təkrar baxış bir hərəkat olaraq bizdə növbəti ilin daha çətin eyni halda məsuliyyətinə çağırış edir.

İran İsveç Apellyasiya Məhkəməsinin Həmid Nuri ilə bağlı mövqeyindən dərin təəssüf hissi keçirir

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İsveçdə saxlanılan İran vətəndaşı Həmid Nuri ilə bağlı İsveç Apellyasiya Məhkəməsinin gözlənilməz və təəccüblü qərarına görə dərin təəssüf hissi keçirdiyini bildirib.

“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

İngiltərənin “Çelsi” klubu və futbolçusu Joau Feliks antirekord müəyyənləşdirib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, Premyer Liqanın VII turundan təxirə salınmış görüşdə “Fulhem”ə 1:2 hesablı məğlubiyyət London təmsilçisi üçün xoşagəlməz statistik göstəricilərlə yadda qalıb.

“Zadəganlar” 2006-cı ilin martından bəri ilk dəfə “Fulhem”ə uduzub. Son 17 ildə tərəflər arasında baş tutan 21 qarşılaşmada “Çelsi” 13 qələbə, 8 heç-heçəyə nail olub.

Pensiyalarda hər iki artım necə hesablanacaq?

"Yanvar ayında pensiyalar artımlar ilə veriləcək. Bu artımlar ilə indeksasiya nəticəsində yaranacaq artımların fərqi nədir? Yanvar ayında ödəniləcək artımlar ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara ödənilən illik 200 manat yardımın artıq bu ildən aylıq ödənişlərə əlavə olunmasıdır".

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat xatırladıb ki, 400 manat pensiya alan vətəndaşımıza 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib:

İnsan Haqları Təşkilatları Ali Səudun Belçikada məhkəməsini dəstəkləyib

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Səudiyyə hökuməti tərəfindən təzyiq və işgəncələrə məruz qalan bir çox qurbanın Belçika Məhkəmə Sisteminə şikayət etməsindən sonra 10 beynəlxalq insan haqları təşkilatı Ali Səudun Belçika Məhkəmə Sistemində mühakimə olunmasını dəstəkləyib.

İmran Xanın həbsinə order verildi

Pakistanın keçmiş baş naziri İmran Xanın həbsinə order verilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, İmran Xan və onun partiya yoldaşları məhkəmə sistemini təhqir etməkdə günahlandırılır. Eyni zamanda, onların girov qarşılığında azadlıqda qala biləcəkləri vurğulanıb.

Bu gün Xanım Zəhranın (s.ə) mübarək mövlud günüdür

Allahın Rəsulu (s): "Nə zaman cənnəti yad etmək istəsəm - Cənnətin ətrini Fatimədən (s.ə) alıram."

 

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir.

Bu gün Nicat Əliyevin məhkəməsi keçiriləcək

Müsəlman Birliyi Hərəkatının üzvü Nicat Əliyevin məhkəməsi keçiriləcək. Bu gün saat 11:30-da hakim Vüsal Qurbanovun sədirliyi ilə Nərimanov rayon məhkəməsində baş tutacaq iclasında Nicat Əliyevin barəsində C.M-nin 234.4.3-cü maddəsi ilə qaldırılmış cinayət işindən şikayətə baxılacaq. Müdafiə tərəf olaraq Şəhla Hümbətova Nicat Əliyevin hüquqlarını qoruyacaq.