Hacı Tale Bağırzadə: “Allahdan Azərbaycan səmasında ədalətin hakim olacağı günü yaşamağı hər kəs üçün diləyirik”

Bu gün xilqətin rəhmət nuru, insanlıq nümunəsi, analar anası, Hz Muhəmmədin (s) reyhanəsi Xanım Fatimeyi Zəhranın (s.ə.) mövlud günüdür. Xalqımızın Zəhra (s.ə.) sevgisi bu xalqın ruhunda, varlığında onun mənəvi təkamül yoluna nur saçan mübarizə, birlik nümunəsidir. İlahi mərifətin ölümsüzlük əsərinin varlığında bütün ümməti təbrik edir, Allahdan bu xəttin sədaqətli davamçısı olmağı hər bir fərdinə diləyirik.
Eyni halda bu gün artıq 8 ildir sizinlə birlikdə illərin mübarizə və mücadilə dolu məşəqqətli, eyni halda şərəfli yolunu addımlayan Müsəlman Birliyi Hərəkatının da yaranma günüdür. Bütün haqq aşiqlərini hər iki dəyərli hadisə, əlamətdar gün münasibəti ilə təbrik edirik. Allahdan Azərbaycan səmasında ədalətin hakim olacağı günü yaşamağı hər kəs üçün diləyirik. Bayramınız mübarək!
 
 
Hacı Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri