Bu gün Nicat Əliyevin məhkəməsi keçiriləcək

Müsəlman Birliyi Hərəkatının üzvü Nicat Əliyevin məhkəməsi keçiriləcək. Bu gün saat 11:30-da hakim Vüsal Qurbanovun sədirliyi ilə Nərimanov rayon məhkəməsində baş tutacaq iclasında Nicat Əliyevin barəsində C.M-nin 234.4.3-cü maddəsi ilə qaldırılmış cinayət işindən şikayətə baxılacaq. Müdafiə tərəf olaraq Şəhla Hümbətova Nicat Əliyevin hüquqlarını qoruyacaq.

Xatırladaq ki, MBH üzvü Nicat Əliyevin dekabrın 1-də naməlum şəxslər tərəfindən oğurlanmışdı. Onun haqqında ailəsi Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət etsə də, üç gün onun harada olması haqda hər hansı bir məlumat ala bilməyib. Yalnız dekabrın 4-də Nicat Əliyevin saxlanılması haqda ailəsinə məlumat verilib. O, cinayət məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.