Fatimeyi-Zəhra (s.ə) cənnətə daxil olan ilk şəxsdir

Az.shafaqna.com: böyük mərcə Ayətullah Əl Üzma Hacı Şeyx Hüseyn Vəhid Xorasaninin bu barədə bəyanından bir hissəni sizə təqdim edirik:

Fatimeyi-Zəhra (ə) cənnətə daxil olan ilk şəxsdir
İbni Həcər “Lisanul-mizan” və Hafiz Zəhəbi “Mizanul-etidal” kitablarında nəql etmişlər. Hədisi nəql və tənqid etmə nəzərindən bu iki şəxsin əhəmiyyətini izah etməyə lüzum yoxdur. Nəql olunan bu kəlmədir:
أَوَّلُ شَخْصٍ يَدْخُلُ الْجَنَّةَ فَاطِمَةُ بِنْتُ مُحَمَّدٍ صلی الله علیه و سلم
“Allahın Rəsulu (s) buyurmuşdur: “Cənnətə daxil olan ilk şəxs – Muhəmmədin qızı Fatimədir.”
Əbu Saleh Muəzzin və əhli-sünnətin böyük alimləri nəql etmişlər. Biz bu hədisin fiqhində təəssüb pərdəsini yırtan, əql, kitab və sünnəti meyar qərar verən bir sünnü həddində təfəkkür edirik.
Bütün böyük, dahi şəxsiyyətli ilahiyyat alimlərinin, nəzər-diqqət sahibi olan hikmət sahiblərinin və həqiqi fəqihlərin nəzərində dünya aləmi ilə axirət aləmi arasında təfavüt budur ki, bu aləm batilin haqqa, şəhvətin əql qüvvəsinə, mülk (maddi) aləminin mələkut (mənəvi) aləminə qələbə çaldığı aləmdir. Həmin əsasla dünya həyatında və nəş`əsində batini sirətlər (təbiətlər) zahiri surətlərə tabedir və surətlər sirətlərə hakimdir.
Hikmətin sirləri hamılıqla bu hədisdədir:
لَا يَكُونُ الرَّجُلُ مِنْكُمْ فَقِيهاً حَتَّى يَعْرِفَ مَعَارِيضَ كَلَامِنَا
“Sizlərdən hər hansı biri bizim kəlamımızın məna, məqsəd və həqiqətlərini dərk etməyincə fəqih ola bilməz.” Hədislərdən məlum olur ki, sirətlər (batin, təbiət) insan niyyətini özündə ehtiva edir:
لِكُلِّ امْرِئٍ مَا نَوَى
“Hər kəs üçün onun niyyətdə tutduğu şey verilər.”
Bu dünyada zahiri surətlər batini sirətlərə qələbə çalmışdır. Bir kəs zahirdə insan olsa da və kamil insanla fərqli olmasa da, batində canavar ola bilər. Onun kökü də dediyimiz bu ayədir:
فَسُبْحانَ الَّذي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْ‏ءٍ وَ إِلَيْهِ تُرْجَعُون
“Pak və münəzzəhdir o Kəs ki, hər bir şeyin mələkutu Onun əlindədir və yalnız Ona doğru qaytarılacaqsınız.”
Mülk nəş`əsi olan bu dünyada mələkut məğlub olmuşdur, lakin axirətdə tam əksinə dəyişiləcəkdir:
وَ بَرَزُوا لِلَّهِ الْواحِدِ الْقَهَّار
“Onlar yeganə və qəhhar olan Allahın hüzurunda zahir olacaqlar.” Qiyamət günündə sirətlər surətlərə qələbə çalacaq və bu cür dəyişiləcəklər; hər bir şey gizlindən aşkara doğru dəyişiləcəkdir. Bu ayədəki “bərəzu – zahir olacaqlar” kəlməsində bir incəlik vardır. Quran ayələri çox qəribədir. Bir yerdə buyurur ki, “o kəslər ki, üzləri üstə məhşur olacaqlar…” Bu, üzlərin bir qismidir. Digər bir qismi isə: “o gündə bəzi üzlər şad və sevinc içindədir və Pərvərdigarlarına (nemətlərinə) doğru nəzər edəcəklər.”
Qiyamət günü belə bir gündür; bir üz yerin üstündə sürünər, bir üz isə nə cənnətə, nə Firdovsa, nə əqlə, nə xüldə; əksinə Pərvərdigarlarına doğru nəzər edər. Üzlər bir-birindən bu qədər fərqlidir. O üzlər ki, üzləri üstə məhşur olacaqlar;
لَوْ شِئْنا لَرَفَعْناهُ بِها وَ لكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَواهُ
“Əgər Biz istəsəydik, ayələrə əməl etdiyinə görə onun qədrini (məqamını) qaldırardıq; lakin o, dünyaya meyl etdi və öz nəfsinin istəklərinə tabe oldu.”
O batinlər zahir olduqda və sirətlər surətlərə qalib olduqda istər-istəməz o cür olacaqlar.
إلَهِي مَا عَبَدتُکَ شَوقَاً إلَي جَنَّتِکَ وَ لَا خَوْفاً مِنْ نَارِکَ بَلْ وَجَدْتُکَ أَهْلًا لِلْعِبَادَةِ فَعَبَدْتُکَ
“İlahi, cənnətinə şövq bəslədiyimə, cəhənnəm odundan qorxdu¬ğu-ma görə Sənə ibadət etmədim; əksinə Səni ibadətə layiq gördüyüm üçün ibadət etdim” deyən şəxsin bu batini də o aləmdə məhşur olan za¬man “o gündə bəzi üzlər şad və sevinc içindədir və Pərvərdigar¬ları¬na (nemətlərinə) doğru nəzər edərlər” ayəsinin buyurduğu şəkildə məh¬şur olacaqdır. “O, haqq bir gündür.” “O gündə mülk (səltənət) haq¬dır.” Belə bir gündə cənnətə daxil olan ilk şəxs kimdir?!
Vücud aləmində ilk şəxs – behiştə daxil olan ilk şəxsdir
Behiştə ilk daxil olmaq haqqı vücudda ilk şəxs üçündür. Bir şəxs vücudda ilk adam olmasa, onun behiştə daxil olan ilk şəxs olması qeyri-mümkündür. Lakin Buxarinin öz “Səhih” kitabında bir dəfə nəql etdiyi “nə çox təbliğ edən və çatdıran vardır ki, dinləyicidən daha yaxşı qoruyub saxlayır”. Hədisi eşidib təbliğ etdilər, amma mübəlliğ onun barəsində təfəkkür etmədi. Yalnız o hal istisnadır ki, mübəl¬liğ¬lər və dinləyicilər hədisi eşidib, onun barəsində təfəkkür etsinlər və başa düşsünlər ki, bu hədisin incəliklərində gizlənmiş olan fiqh nədir?
Behiştə daxil olacaq ilk şəxs gərək insaniyyətdə bir nömrəli şəxs olsun. Buna görə də əqlən və nəqlən behiştə ilk daxil olan şəxsin Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən başqası olması mümkün deyildir. Surət, sirət, elm, əxlaq və əməl baxımından vücud aləminin ilk şəxsi, ilahi mükafatlar və ilahi ziyafət süfrəsinə daxil olan ilk şəxs gərək o həzrət olsun. Onda necə olur ki, behiştə daxil olan ilk şəxs Fatimeyi-Zəhra (ə) olur?!
Fatimeyi-Zəhra (ə) eynilə Peyğəmbəri Əkrəmdir
Əqlin dərk etdiyi məsələ ilə Xatəm Peyğəmbər (s)-dən nəql olunan hədis arasında heç bir təzad və paradoks yoxdur. Çünki Fatimə (ə) eynilə Peyğəmbər (s)-dir və onunla müttəhiddir. Fatimə (s.ə.)-ın (cənnətə) daxil olması eynilə Peyğəmbər (s)-in cənnətə daxil olmasıdır və bundan başqa cür ola bilməz. Bu rəvayətdə qəribə bir sirr vardır ki, onun şərhini sünnülərin kitablarında nəql olunan rəvayətlər¬dən əldə edəcəyik.
Aişə deyərmiş: “Camaat arasında elə bir şəxs görmədim ki, danışıqda və oturub-durmaqda Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-ə Fatimə qədər oxşamış olsun.”
Yol gedəndə sağa və sola meyl edərək hərəkət edirdi. Eynilə onun kimi idi: danışığı həzrət Peyğəmbərin danışığı, üzü Peyğəmbərin üzü, danışması onun kimi, vücudu onun vücudu kimi.
Məsələ bunlardan daha yüksəkdir. Həzrət əvvəlcə buyurdu: “Fa¬ti¬mə mənim canımın parçasıdır.” Əgər onun canının parçasıdırsa, gərək Peyğəmbər aləmin ilk şəxsi olsun və canının parçası ondan qabaqda getsin. Həzrət bundan sonra daha da yüksək bir mətləbi belə buyurdu: “O (Fatimə) mənim iki böyrüm arasında olan ruhumdur.” Onunla Peyğəmbər arasında sıx bağlılıq və ittihad bu həddədir. Buna görə də o aləm – ədalət aləmidir.
Cənnətə ilk daxil olan, ilahi rəhmət büsatına varid olan ilk şəxs vücud aləminin ilk şəxsidir. Lakin Allah bunu göstərmək istəyir ki, atasına bu qədər oxşayan və onun eyni olan bu qız elə bir məqamdadır ki, “Taha” surəsi nazil olaraq buyurdu: “Taha. Biz Quranı sənə nazil etmədik ki, əzab-əziyyətə düşəsən.” Belə bir qız mənəviyyat müsabiqəsində elə bir həddə çatdı ki, onun barəsində buyuruldu:
مَا كَانَ فِي هَذِهِ الْأُمَّةِ أَعْبَدَ مِنْ فَاطِمَةَ كَانَتْ تَقُومُ حَتَّى تَوَرَّمَ قَدَمَاهَا
“Bu ümmət arasında Fatimədən də çox ibadət edən bir kimsə yox idi; ibadət üçün o qədər ayaq üstə qalırdı ki, ayaqları şişirdi.”
Əgər belədirsə, deməli, bu şəxs (Fatimeyi-Zəhra (ə)) eynilə Peyğəmbər (s)-in şəxsiyyətidir.
Behiştə daxil olmağın necəliyi
Şeyx Səduq o həzrətin behiştə necə daxil olmasını “Uyun” kitabında üç sənədlə imam Əli ibni Musər-Riza (ə)-dan nəql etmişdir. Lakin mən bu gün deyəcəyim məsələlərə şiə kitablarından dəlil-sübut gətirmirəm; yalnız əql, kitab, sünnü və şiələrin nəzərində qəti olan sünnətdən nəticə alacağam. Bu kəlməni də sünnü mənbələrinə əsasən deyirəm; o həzrət məhşərə bu cür daxil olacaqdır:
عَلَيْهَا حُلَّةُ الْكَرَامَةِ قَدْ عُجِنَتْ بِمَاءِ الْحَيَوَانِ
“Onun əynində kəramət hülləsi vardır ki, dirilik suyu ilə qarışdırlmışdır.”
Kəramət hülləsinin nə olması, həyat suyu ilə necə qarışdırılması məsələsini inşallah, fürsət olanda bəhs edəcəyəm.
Sünnü mənbələrində olan bu rəvayətdə dörd kəlmə vardır: “əla əhsəni surətin – ən gözəl surətdə”, “və əkməli həybətin – ən kamil heybətdə”, “və ətəmmi kəramətin – ən tam kəramətdə”, “və əvfəri həzzin – ən bol nemət və bəxşişdə.”
Ən gözəl surət və ən gözəl sirət
Böyük Qiyamət günündə zahir olan ədalətli vücud sistemi üçün qeyri-mümkündür ki, ən gözəl surətləri adi bir bəşərə versin; yalnız o şəxsə verər ki, ən gözəl sirəti Allah dərgahına gətirmiş olsun. Əgər elmi kamallarda bütün alimlərdən daha yaxşı olmasa; əgər əxlaqi kamallarda gözəl fəzilətlərlə zinətlənən insanların hamısından üstün olmasa; əgər əməli kamallarda bütün abidlərdən gözəl olmasa, onun ən gözəl surətə düşməsi qeyri-mümkündür.
فَمَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّةٍ خَيْراً يَرَه
“Hər kəs zərrənin misqalı qədər yaxşı iş görsə, (Qiyamətdə) onu görəcəkdir.” O gün belə bir gündür. Ən gözəl surətlərə düşən bəşər o kəsdir ki, elm, təqva və əməl meydanında ayağını dəqiq şəkildə Peyğəmbər (s)-in ayağının yerinə qoysun onun yolunu getsin.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Fatimə (s.ə.) ilə görüşü
Bu məsələ təsadüfi bir şey deyildir. Bu məsələlər barəsində də¬rin¬dən fikirləşmək lazımdır: Aişə dedi: Peyğəmbər səfərdən qayıdanda görüşünə getdiyi ilk şəxs Fatimə olardı; səfərə gedən zaman da vidalaşdığı axırıncı şəxs Fatimə olardı.
Bunların mənası vardır: Yəni əvvəldən-axıra qədər bütün məxluqların ən elmlisi, bütün peyğəmbər və mürsəllərin ən dəqiq nəzər yetirəni cismani və zahiri ayrılıqda ən qısa zaman fasiləsinə riayət edirdi ki, bu səfərlərdə onunla Fatimənin arasında ayrılıq ən az müddətdə olsun. Vəziyyət belə idi.
Peyğəmbər (s) -in həzrət Fatimə (s.ə.)-ın yanına necə daxil olması
Peyğəmbər (s) öz qızının yanına gedəndə belə daxil olurdu: Cəbrəil həzrət Peyğəmbərin ayağının torpağını öpdüyü halda o həzrət, Fatimənin yanına gedəndə əvvəlcə Fatimə (s.ə.)-ın əlindən öpürdü. Bu, atalıq məhəbbətinə görə deyildi; hədisin davamına diqqət yetirməklə bu məsələ məlum olur.
Bəzən həzrət onun sinəsindən öpürdü, bəzən bütünlükdə alnından öpürdü. Mən bu əməllərin şərhini deyə bilmərəm. Amma o həzrətin özü qısa şəkildə buyururdu: “Mən ondan behişt iyini duyuram.” Onu öpən zaman qürb cənnətini iyləyirəm; nəinki qızımı öpüb iyləmiş olam. Vəziyyət belə idi.
Vücudun batini göz yaşı
İndi deyəcəyim məsələni sözlərinə etimad olunan böyük sünnü alimlərinin hamısı nəql etmişlər. İndi sənədləri bəyan etməyə macal və fürsət yoxdur. Peyğəmbər (s) Fatimə (s.ə.)-ın yanına daxil oldu. Daxil olanda gördü ki, onun əynində dəvə yunundan toxununmuş (cod) bir əba vardır. Paltar belə bir paltardır! İşi nə iş idi? Əl dəyirmanında buğda üyüdürdü. Həzrətin gözü ona düşəndə gördü ki, gecəni sübhə qədər yatmamış, ibadətlə məşğul olmuşdu. Sübh açılanda paltarı bu idi, işi də bu idi.
Peyğəmbər (s)-in qəlbinin sınması sadə bir iş deyildir. Onun göz yaşı o vaxt axmağa başlayır ki, vücud aləminin batinindən göz yaşı axmış olsun. Peyğəmbər ona ağladı, sonra qızına buyurdu: “Dün¬ya¬nın ağrı-acılarına səbir et.” Süyutinin, İbni Ləalin, İbni Nəccarın və başqalarının nəql etdiyi budur. Nə hadisə baş verdi? Bu qədər başa düşürük ki, Peyğəmbər (s) hərəkət edib getdi. Bundan sonra Cəbrəil nazil olaraq bu ayəni gətirdi:
وَ لَسَوْفَ يُعْطيكَ رَبُّكَ فَتَرْضى
“Tezliklə Pərvərdigarın sənə o qədər əta edəcəkdir ki, razı olasan.”