İraqın şimalında qaz yatağına raketlərlə hücum edilib

 İraqın şimalında Kürdüstan Regional Hökumətinin nəzarətində olan Kormor qaz yatağında partlayışlar baş verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqda Kürdüstan Regional Hökumətinin Təbii Sərvətlər Nazirliyi məlumat verib.

Təbii Sərvətlər Nazirliyinin müşaviri Əhməd Əl-Müfti Rudaw-a bildirib ki, "Kormor yatağında partlayış baş verib, partlayışın səbəbi və mahiyyəti hələ məlum deyil.”

Hadisənin raket hücumundan baş verməsi barədə xəbərlər gəzir. Lakin rəsmən təsdiqlənməyib.

Kormor yatağı Kürdüstan regionunun ən böyük qaz yataqlarından biridir. Yataqda Birləşmiş Ərəb Əmirliklərinin iki şirkəti “Dana Gas” və “Al Hilal” fəaliyyət göstərir.