04 January 2023

Çin İsrail nazirinin Məscidül-Əqsaya basqını üçün BMT Təhlükəsizlik Şurasının 'təcili' iclasını tələb edir

İordaniyanın rəsmi xəbər agentliyi PETRA bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çin ölkənin Əl-Əqsa məscidinə basqını müzakirə etmək üçün cümə axşamı günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclasını tələb edib. Hesabatda Yaponiyanın "Təhlükəsizlik Şurasının çərşənbə günü iclası planlaşdırılmadığını" bildirdiyi və İsraillə bağlı iclasın cümə axşamı keçiriləcəyi gözlənildiyi qeyd olunur.

Avropada qazın qiyməti 2021-ci ildən bəri ilk dəfə 750 dollardan aşağı düşüb

Avropada qazın 1000 kubmetrinin qiyməti 750 dollardan aşağı düşüb. Başqa sözlə, qazın qiyməti bir gündə 3%-dən çox azalıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, London ICE birjasında bu qiymət 2 noyabr 2021-ci ildən bəri ilk dəfə qeydə alınıb. Məlumata görə, Hollandiyadakı TTF qovşağında fevral fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 733 dollara düşüb. Buna əsas səbəb kimi Avropada havaların isti keçməsi göstərilir.

Bakıda keçiriləcək dünya çempionatının vaxtı məlum oldu

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, yarış bu il avqustun 14-də başlayacaq və sentyabrın 3-dək davam edəcək.

Daha əvvəl mundialın Rusiyada təşkili planlaşdırılsa da, İSSF Ukraynaya hərbi müdaxilə səbəbindən bu ölkədə keçirilməsi nəzərdə tutulan bütün turnirləri təxirə salıb. 

İsveçdə müsəlman məktəbləri kütləvi şəkildə qapadılır

İsveçdə müsəlman ailənin 8 və 12 yaşlı övladları Stokholmdakı sevimli məktəblərinin bağlandığın öyrəndikləri zaman məyus olublar.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu və digər müsəlman ailələr İsveç Məktəblərin İşlərinin İnspeksiyasından bildiriş alıblar.

Qeyd edilib ki, “Əzhər” özəl islami məktəbi “qeyri-münasib idarə keyfiyyəti” bəhanəsilə qapadılıb.

İran xarici işlər naziri səfirə Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi üçün göstəriş verib

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana gedib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. Səfir iki ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı nazirə hesabat təqdim edib.

MBH üzvü Türkiyədə saxlanılıb

Türkiyəyə maddi təminat səbəbindən işləmək üçün yollanan Müsəlman Birliyi Hərkatının üzvü İmran Məmmədli bu gün səhər saatlarında saxlanılıb. Bu barədə məlumatı onunla eyni otağı paylaşan yoldaşları xəbər verib. Məlumata görə səhər saatlarında işə yollanan Məmmədlini Türkiyə Ədliyyə qurumu elə evinin qarşısında da saxlayıb. Bir saat sonra qolu qandallı polislərin əhatəsində qaldığı evə gətirilən İmranın ona aid olan bütün əşyaları polislər tərəfindən toplanılıb. Onun ölkədən deportasiya olunacağı ehtimal olunur.

Vaşinqton Ankaranın Dəməşq hökuməti ilə yaxınlaşmasına qarşı: “Türkiyə iki dəfə düşünməlidir”

Birləşmiş Ştatlar (ABŞ) Türkiyəni üstüörtülü şəkildə xəbərdar edərək, onu bütün ölkələrin “qəddar” adlandırdığı Suriya prezidenti Bəşər Əsədlə münasibətləri normallaşdırmadan əvvəl “iki dəfə düşünməyə” çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuata verdiyi açıqlamada, "Əlaqələrini artıran və bu istiqamətdə amansız diktator Bəşər Əsədi yenidən vəzifəsinə qaytarmaq istəklərini ifadə edən ölkələri dəstəkləmirik" deyib.

Ankara-Dəməşq yaxınlaşmasından sonra Suriya müxalifəti Çavuşoğlu ilə görüşüb

Rusiyada Türkiyə və Suriya arasında müdafiə nazirləri səviyyəsində keçirilən görüşdən sonra Dəməşq rəhbərliyinə qarşı müxalifət liderləri xarici işlər naziri Çavuşoğlu ilə görüşüb. Türkiyə ilə Suriya arasında keçiriləcək ikinci görüşün tarixi dəqiqləşdirilməsə də, Suriya müxalifətinin siyasi həll istədiyi bildirilib. Anadolu Agentliyinin xəbərinə görə, Suriya Müxalif və İnqilabçı Qüvvələri Milli Koalisiyası (SMDK) Türkiyənin Suriya müxalifətinin güclü müttəfiqi olduğunu bəyan edərək, siyasi həllə hazır olduqlarını bildirib.

"Bavariya" qapıçı transfer edir

Münhenqladbax "Borussiya"sının qapıçısı Yan Sommer "Bavariya"ya keçmək üzrədir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, tərəflər müqavilənin detallarını müzakirə edirlər. İsveçrə millisinin üzvü özü də "Bavariya"ya keçmək istəyir.

Qeyd edək ki, Sommer 2014-cü ilin yayında "Borussiya"ya keçib. O, bu mövsüm 11 oyunda 14 qol buraxıb.

Ayətullah Sistani: Əfqan xalqına yardım etmək müsəlmanların vəzifəsidir

Həzrət Ayətullah Sistani Əfqanıstanın Şiə Alimləri Şurasının nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı Ayətullah Sistani Əfqanıstan xalqının, xüsusilə də əfqan qadınların başına gətirilən müxtəlif zülmlər və onlara olan təzyiqlərə toxunaraq qeyd edib ki, belə bir çətin və təhlükəli zamanda Əfqanıstan xalqını tək qoymamaq və onlara hərtərəfli yardım etmək bütün müsəlmanların və beynəlxalq təşkilatların vəzifəsidir.

Gürcüstanda bu gün Saakaşviliyə dəstək məqsədilə aksiyalar keçiriləcək

Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə genişmiqyaslı həmrəylik aksiyaları keçirəcək.

Operativtv.com APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, yerli vaxtla saat 18:00-da başlayacaq aksiyaların paytaxt Tbilisi ilə yanaşı ölkənin bütün böyük şəhərlərində keçirilməsi planlaşdırılıb.

Kalın: “Həm Azərbaycan, həm də biz TANAP-da işimizi davam etdiririk”

“Həm Azərbaycan tərəfi, həm də biz TANAP-da işimizi davam etdiririk”.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“TANAP-ın tutumu ikiqat artacaq. Rusiya-Ukrayna müharibəsi bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq”, - Kalın qeyd edib.