Avropada qazın qiyməti 2021-ci ildən bəri ilk dəfə 750 dollardan aşağı düşüb

Avropada qazın 1000 kubmetrinin qiyməti 750 dollardan aşağı düşüb. Başqa sözlə, qazın qiyməti bir gündə 3%-dən çox azalıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, London ICE birjasında bu qiymət 2 noyabr 2021-ci ildən bəri ilk dəfə qeydə alınıb. Məlumata görə, Hollandiyadakı TTF qovşağında fevral fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 733 dollara düşüb. Buna əsas səbəb kimi Avropada havaların isti keçməsi göstərilir.

"Aİ ölkələrinin əksəriyyətində temperatur iqlim göstəricilərindən yüksək olaraq qalır ki, bu da nəinki anbarlardan qazın çıxarılmasının azalmasına, həm də onlara vurulmanın rekord həddə qədər artmasına səbəb olub. Bundan əlavə, Aİ-nin elektrik enerjisi istehsalında küləyin payı 20% və ya daha yüksək həddə sabit qalmaqda davam edir"- deyə Rusiya mediasında bildirilib.