Vaşinqton Ankaranın Dəməşq hökuməti ilə yaxınlaşmasına qarşı: “Türkiyə iki dəfə düşünməlidir”

Birləşmiş Ştatlar (ABŞ) Türkiyəni üstüörtülü şəkildə xəbərdar edərək, onu bütün ölkələrin “qəddar” adlandırdığı Suriya prezidenti Bəşər Əsədlə münasibətləri normallaşdırmadan əvvəl “iki dəfə düşünməyə” çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuata verdiyi açıqlamada, "Əlaqələrini artıran və bu istiqamətdə amansız diktator Bəşər Əsədi yenidən vəzifəsinə qaytarmaq istəklərini ifadə edən ölkələri dəstəkləmirik" deyib. Bu bəyanatın dekabrın sonunda Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra səsləndirilməsi diqqət çəkib.

Moskvada keçirilən görüşdə Suriya və Türkiyə Suriyada vətəndaş müharibəsinin başlamasından 11 il sonra ilk dəfə bir araya gəlib. Ölkələrin Əsədlə münasibətləri normallaşdırmaq üçün addım atmaması lazım olduğunu ifadə edən Prays, "Biz sizi Əsəd rejiminin son on iki ildə insan haqları sahəsindəki dəhşətli vəziyyətini diqqətlə araşdırmağa dəvət edirik”- söyləyib.

Moskvada üçtərəfli görüşdən sonra xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı Suriyadakı müxalifət nümayəndələri ilə görüşüb. ABŞ 2020-ci ildən bəri Dəməşq rejiminin törətdiyi vəhşiliklərə görə məsuliyyət daşıyan Bəşər Əsədə qarşı sanksiyaların tətbiqinə icazə verib.