MBH üzvü Türkiyədə saxlanılıb

Türkiyəyə maddi təminat səbəbindən işləmək üçün yollanan Müsəlman Birliyi Hərkatının üzvü İmran Məmmədli bu gün səhər saatlarında saxlanılıb. Bu barədə məlumatı onunla eyni otağı paylaşan yoldaşları xəbər verib. Məlumata görə səhər saatlarında işə yollanan Məmmədlini Türkiyə Ədliyyə qurumu elə evinin qarşısında da saxlayıb. Bir saat sonra qolu qandallı polislərin əhatəsində qaldığı evə gətirilən İmranın ona aid olan bütün əşyaları polislər tərəfindən toplanılıb. Onun ölkədən deportasiya olunacağı ehtimal olunur.
Otaq yoldaşlarının İmranın hər hansı bir mövzu ilə bağlı Türkiyə dövlət qrumları ilə problem yaşamadığı bildirilir. Bu ölkəyə gəldiyi bir neçə ay ərzində onun heç bir insidentin olmadığı qeyd olunur. Yoldaşları onu sosial media üzərindən ötən ay saxlanılan MBH üzvüləri ilə bağlı paylaşımlar üzərindən saxlanılmasını ehtimal edirlər. Bir gün öncə (3 yanvar 2023-cü il) ona olunan telefon zəngində də Türkiyə hakim orqanları sosial media üzərindən paylaşımları ilə əlaqədar suallar ünvanlayıblar. Görünü Türkiyə dövləti də Azərbaycan hakimiyyətinə qarşı tənqidlərə Azərbaycanda olduğu kimi qarşılıq verərək bunu diqqətə almaqda israrlı olub. Bütün əşyaları toplanan Məmmədli gəldiyi kimi də dövlət orqan işçiləri tərəfindən qolu qandallı da aparılıb. Yoldaşları nə baş verdiyini öyrənməyə çalışsalar da, onlara heç bir məlumat verilməyib. 
Tam olaraq rəsmi dairələr məlumat verməyənə qədər İmran Məmmədlinin hansı səbəbdən saxlanıldığı və hal-hazırkı durumu haqda dəqiq fikir söyləmək çətindir. 
Xatırladaq ki, İmran Məmmədli ötən il may ayının 22-də Razi Hümbətovun məhkəməsi zamanı polis zorakılığı ilə qarşılaşan hərəkat üzvülərindən saxlanılan dörd nəfərdən biridir. Onlar polis idarəsində işgəncələrə, fiziki, psixoloji və cinsi təcazüvə məruz qalaraq inzibati cəza ilə azadlıqdan məhrum edilmişdilər.