Suriyanın şərqində ABŞ qüvvələrinin olduğu qaz yatağı raketlərlə hədəfə alınıb

Suriyanın şərqində ABŞ qüvvələrinin nəzarətində olan “Conoco” neft yatağına raketlər atılıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir.

Bildirilib ki, naməlum tərəflər Suriyanın şərqində ən böyük qaz yatağı olan “Conoco” yatağına raketlər atıblar.

Yatağın ərazisində yanğınlar baş verib.

Dirazzur əyalətində və Fərat çayının şərqində yerləşən bu yataq ABŞ qüvvələrinin nəzarətindəddir.

Mənbə bildirib ki, bura azı 10 ədəd raket və mərmi atılıb.

ABŞ qüvvələri və separatçı kürd birləşmələrinin sıralarında xəsarətlərin olması haqda məlumat verilməyib.