Bir müddət bundan öncə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın hüquqi statusunun dəyişdirilməsini təklif etmişdi. O bildirmişdi ki, Mətbuat Şurası ictimai təşkilat olduğundan bəzən lazımi tədbirlər görə bilmir. Buna görə də mətbuatın daha yaxşı balanslaşdırılması məqsədilə Mətbuat Şurasının statusuna yenidən baxılmasını istəmişdi. Əflatun Amaşov Şuraya saytların qapadılması səlahiyyətinin verilməsini də təklif etmişdi:
“Əgər Şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı reketyönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy çıxara bilməsin?”.
Maraqlıdır, Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı məsələ nə yerdədir?
Moderator.az -a istinadən xəbər verilir ki, bununla bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli açıqlama verib:
“Bilirsiniz ki, Azərbaycan jurnalistlərinin yeddinci qurultayında belə bir məsələ qaldırıldı. Yəni Mətbuat Şurasına əlavə səlahiyyətlər verilsin və bu yöndə fəaliyyətini davam etdirsin. Bunu nəzərə alaraq Mətbuat Şurası həmin təklifin reallaşması üçün modellər müzakirə etməyə başlayıb. Yəni mütəxəssislərə tapşırılıb ki, bu istiqamətdə Mətbuat şuraları və onların səlahiyyətlərinin artırılması modelinin dünya təcrübəsi öyrənilsin”.
M.Ələsgərli qeyd edib ki, hazırda bu proses davam edir və dünya praktikası öyrənilir:
“Praktika öyrəniləndən sonra uyğun təkliflər hazırlanacaq və konkret təklifin qəbul olunması üçün təşəbbüslər irəli sürüləcək. Hazırki durum beynəlxalq təcrübənin öyrənilməsidir. Azərbaycana hansı modellərin uyğun olduğunu konkretləşdirəcəyik. Yalnız bundan sonra növbəti mərhələyə keçə bilərik”.
Mətbuat Şurası bəzi saytları bağlamaq üçün səlahiyyətlərinin artırılmasını istəyir

Oxşar xəbərlər