Möhtərəm Prezidentimiz Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi etdi. Diaspor Komitəsinin yeni sədrinə uğurlar arzulayırıq. Biz Qarabağ icması olaraq daim Diaspor Komitəsi ilə birgə işləməyə, məsləhət görülən tədbirləri keçirməyə, Qarabağdakı erməni icması ilə də dialoq qurmağa hazırıq. Amma hazırkı şəraitdə hər hansı bir tutarlı iş görmək mümkün deyil. Çünki Ermənistanda qeyri-sabitlik hökm sürür”.
Gününsəsi.info -nun məlumatına görə, bunları Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açıqlamasında deyib. İcma rəhbərinin daha sonrakı fikirləri isə bir xeyli qəribədir. B.Səfərov iddia edib ki, Ermənistanı düşdüyü hazırki ağır vəziyyətdən yalnız Azərbaycanın Prezidenti qurtara bilər. Bunun üçün isə ermənilərin yığışıb Azərbaycan Prezidentinə müraciət etməsi lazımdır!
İcma rəhbəri bildirib: “Nə qədər ki, orada sabitlik bərpa olunmayıb, nə qədər ki, Ermənistanda nisbətən ağıllı bir rəhbər hakimiyyətə gəlməyib, diasporla, icma ailə görüləcək bütün işlər mənasızdır… Gərək ermənilər özlərinə bir ağıllı-başlı rəhbər seçələr. Ermənistan rəhbərliyi işğalçılıq niyyətlərindən əl çəkə və Azərbaycana, daha doğrusu, ən vacibi, möhtərəm Prezidentimizə müraciət edə ki, bizə kömək edin. Ermənistanı yalnız möhtərəm Prezidentimiz düşdüyü quyudan çıxara bilər. Heç bir dövlət ermənilərə kömək etməyəcək. Əgər ağılları varsa, işğalçılıq niyyətlərindən əl çəksinlər və cənab Prezident İlham Əliyevə müraciət etsinlər ki, xahiş edirik, bizə diqqət və qayğı göstərəsiniz… Onsuz da nəinki Dağlıq Qarabağdakı ermənilərin, hətta Ermənistandakı Azərbaycandan köçmüş ermənilərin də sovet dövründən aldıqları Azərbaycan pasportları var. Və onlar, həmişə dediyim kimi, Azərbaycandan getdiklərinə çox peşimandırlar. Bu dəqiqə hamısının Azərbaycandan ötrü ürəkləri gedir, Sərkisyanlara, Köçəryanlara isə nifrət edirlər…”
Bayram Səfərov: Ermənistanı ancaq prezidentimiz xilas edə bilər

Oxşar xəbərlər