Azərbaycanlı turistləri daşıyan avtobus Türkiyədə aşdı - 14 yaralı

Türkiyənin Nevşehir vilayətində azərbaycanlı turistlərin olduğu avtobus aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin normal olduğu deyilir.

 

Hadisə Kappadokiya rayonunda qeydə alınıb. Qəzaya uğrayan avtobusda 18 azərbaycanlı turist olub.