Azərbaycandan çıxan neft tankeri Albaniyada həbs edildi

Albaniya Rusiyadan gəlməkdə şübhəli bilinən 22,5 min ton neft daşıyan tankeri ələ keçirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Albaniya polisi açıqlayıb. 

Polis tankerin ekipajının hamısını - 22 nəfəri Qərb embarqosunu pozduqlarına görə həbs edib.

Liberiyada qeydiyyatda olan neft və kimyəvi maddə daşıyan tanker sahilyanı Durres şəhərində ələ keçirilib.

İstintaqın ilk addımlarından bəlli olub ki, maddələr neft embarqosu altında olan ölkələrdən, xüsusən də Rusiyadan gəlirmiş. 

Məlumata görə, sözügedən tanker Azərbaycandan boş şəkildə çıxıb və Yunanıstanın Kalamata limanında 22,5 min ton dizel yanacağı olan başqa bir tankerdən ona neft yüklənib.