Azərbaycanda rejim qadın həbslərini də adiləşdirir

Bu kəmfürsətliyin, insafsızlığın səbəbi nədir? Rejim nəyə görə jurnalist xanımlara qarşı bu qədər qəddar davranır? Demək istəyirlər ki, heç bir qırmızı xətləri yoxdur?
Sevinc Vaqifqızının ardınca jurnalist Nərgiz Absalamova da uydurma cinayətdə (qaçaqmalçılıq) ittiham edilərək həbs edilib.
İşləri çətinə düşəndə milli mentalitetdən dəm vuranlar onlara lazım olanda həmin milli mentaliteti də rahatlıqla tapdalayırlar. Azərbaycanda qadın həbslərini adiləşdirirlər.
Təəssüf ki, xalqlarına qarşı hər cür qəddarlığı, namərdliyi edib, sonda da xalqların məğlub edib tarixin zibilliyinə göndərdiyi avtoritar rejimlərin yolu ilə gedirlər. Nəticə də eyni olacaq. Azərbaycanın gələcəyində tək adam hakimiyyətinə yer yoxdur. Xanım siyasi məhbuslar başda olmaqla, bütün siyasi məhbuslara azadlıq tələb edirik.
 
 
Əli Kərimli
AXCP sədri