Azərbaycan çempionatının qalibi olan şahmatçılar mükafatlandırılıb

Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb.

Azərbaycan Şahmat Federasiyasından “Az.shafaqna.com”a verilən məlumata görə, ilk üç yeri tutanlar üçün mükafatlandırılma mərasimi keçirilib.

Ölkə çempionatında beynəlxalq usta normasını yerinə yetirən Nərmin Abdinovaya müvafiq sertifikat verilib.

Qeyd edək ki, ümumi mükafat fondu 25 000 manat təşkil edən kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Vasif Durarbəyli olub. Vüqar Əsədli ikinci, Eltac Səfərli üçüncü yeri tutub.

Mükafat fondu 15 000 manat olan qadın şahmatçıların çempionatında isə Gövhər Beydullayeva qızıl medal qazanıb. Xanım Balacayeva və Səbinə İbrahimova müvafiq olaraq ikinci-üçüncü yerlərdə qərarlaşıblar.