Ermənistanın Tavuş vilayətinin Verin Karmiraxbyur kəndinin sakini Azərbaycanla sərhədi keçməyə çalışıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Sərhədi keçməyə çalışan şəxsin 1975-ci il təvəllüdlü olduğunu bildirib. Onun sərhədi keçmək istərkən köynəyindən ağ bayraq kimi istifadə etməyə çalışdığı qeyd edilib.
Mətbuat sərhədi keçməyə çalışan şəxsin Rusiyada hərbi məktəbdə oxuduğunu yazıb. Onun uzun illər Qazaxıstanda yaşadığı və həm Ermənistan, həm Qazaxıstan vətəndaşlığına sahib olduğu bildirilir.
Adı açıqlanmayan şəxsin Azərbaycana qaçmaq istəyinin səbəbi də ortaya çıxıb. Başını götürüb ölkəsindən qaçan 43 yaşlı vətəndaş guya “Qarabağın ermənilərə aid olduğunu sübut edən sənədləri Azərbaycana vermək istəyirmiş”. “Sənədlər”in nədən ibarət olduğu bildirilməsə də, qaçan şəxs onları harasında “gizləyibsə”, onu hüquq-mühafizə orqanları da hələ də “tapmayıblar”.
“Qaçma səbəbi” barədə gülünc açıqlamaya erməni ictimaiyyəti də istehza edib.
Ağ bayraqla Azərbaycana qaçan erməni tutuldu

Oxşar xəbərlər