ABŞ konvoyu İraqın cənubunda hədəfə alınıb

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraq mənbələri Divaniyyə əyalətində Amerika əsgərlərinə məxsus logistika avadanlıqlarını daşıyan konvoyun hədəfə alınıb. Sabrin News Telegram kanalı bu açıqlamaları verib: Divaniyyə vilayətində hədəfə alınan və məhv edilən amerikalıların bu karvanı logistika avadanlıqları daşıyırdı.

“Əl-Muqavma əd-Düvaliyyə” qruplaşması da bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bəyanat yayaraq hücumun dünən axşam saat 22:45-də baş verdiyini bildirib. Bu qrup İraq təhlükəsizlik qüvvələrini Amerika konvoylarından mümkün qədər uzaq tutmağı xahiş edib. Çünki o, müqavimət qruplarının işğalçılara qarşı müharibəsinin onları İraqdan çıxarana qədər davam edəcəyini bildirib”.

İraq parlamenti bütün xarici qoşunların ölkədən çıxarılmasını təsdiqlədikdən və Bağdadın bu qərarın icrasını gecikdirməsindən sonra Amerika koalisiyasının logistika karvanları yol kənarına quraşdırılmış bombalarla hədəfə alınıb. Amerika karvanları ya cənubdan Küveyt sərhədini keçərək, ya da şimal-qərbdən Neynəva əyalətindəki qeyri-qanuni “Əl-Valid” qapısından İraqda yerləşən Amerika əsgərlərinə lazım olan ləvazimatları daşıyaraq İraqa daxil olurlar. Bu hücumların və yol kənarındakı partlayışların qarşısını almaq üçün Amerika koalisiyası öz avadanlıqlarını daşımaq üçün yerli İraq şirkətlərindən kömək istəyir.

İraq parlamenti ABŞ-ın İran İslam Respublikası İnqilabı Keşikçiləri Qüds Qüvvələrinin komandanı general Hacı Qasım Süleymani və Həşd əl-Şabinin sədr müavini Əbu Mehdi əl-Mühəndisə qarşı 3 yanvar 2020-ci ildə terror aktından sonra İraqdan xarici qüvvələrin çıxarılması planını təsdiqləyib.  İraq qrupları vurğulayırlar ki, İraq hökuməti parlamentin təsdiq etdiyi bu qətnaməni icra etməlidir.