ABŞ-da kilsəyə hücum nəticəsində öldürülənlərin sayı 4-ə çatıb

ABŞ-ın Miçiqan ştatındakı kilsədə silahlı hücum nəticəsində ilkin məlumatlara görə, 4 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Bu barədə polisin açıqlamasında bildirilir.

Yerli polis hücumun Qrand Blank şəhər kilsəsində baş verdiyini bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 40 yaşlı şəxs avtomobillə kilsənin qapısına yaxınlaşıb və atəş açıb.

Hadisədən sonra kilsədə yanğın baş verib.

Hücum edən şəxsin iki polis tərəfindən məhv edildiyi bildirilib.