İki gündür ki, sosial şəbəkədə məşhurlaşan tarix müəllimi Həbib Əlizadədən işlədiyi Lənkəran rayon Gəgiran kənd orta məktəbinin direktoru Ziyafəddin Cavadov tərəfindən polisə şikayət edildiyi müzakirə olunur. Direktor səbəb kimi göstərib ki, müəllim icazəsiz şagirdləri Bakıya ekskursiyaya aparırdığna görə polisə şikayət edib. H.Əlizadənin öz “facebook” səhifəsində yazdığına görə o, saat 12:30-da Lənkəran polis bölməsində olub elə bir ciddi probleminin olmadığını deyib. Həbib Əlizadə özünün “facebook” səhifəsində bildirib ki, məsələylə bağlı direktor Təhsil Nazirliyinə dəvət olunub:
“Lənkəran şəhər Polis Şöbəsinə getdim. Bir xeyli qapıda gözlədikdən sonra nəhayət ki, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm. Operativ maraqlanıb məsələni nəzarətə götürdüyünüz üçün Təhsil Nazirliyinə və bütün sosial şəbəkə istifadəçilərinə, mediaya dərin təşəkkür edirəm. Fəaliyyətimiz sizin dəstəyinizlə davam edəcək. Hər şey üçün minnətdaram. Sizin dəstəyiniz sayəsində təhsildə gözəl və böyük işlər görəcəyik ümid edirəm. Məlumat üçün bildirim ki, direktor hazıra Təhsil Nazirliyinə dəvət olunub, araşdırma davam edir”.
publika.az
Müəllimdən şikayət edən direktor nazirliyə dəvət oldu
Oxşar xəbərlər