23 April 2024

Hizbullah İsrailin hərbi mövqelərini hədəfə alıb

Livanın Hizbullah Hərəkatı sionist İsrailin Livanın cənubundakı hərbi mövqelərinə Katyuşa raketləri və müxtəlif silahlarla hücum təşkil etdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada, işğalçı İsrailin 91-ci briqadasının yerləşdiyi Eyn Zetiemdəki bazaya onlarla Katyuşa raketinin atıldığı bildirilib.

İnkişaf Yolu Anlaşma Memorandumu imzalandı

Prezident Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinin ən mühüm mövzularından biri olan İnkişaf Yolu üçün imzalar atılıb. Layihənin əhatə etdiyi 4 ölkə Türkiyə, İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Bağdad Hökumət Sarayında ilk rəsmi addımı atılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin himayəsi altında İraq, Türkiyə, Qətər və BƏƏ arasında İnkişaf Yolu Layihəsində əməkdaşlığa dair dördlü anlaşma memorandumu imzalanıb.

Hərəm Müdafiəçisi həbsxanada dünyasını dəyişib

Hz. Zeynəbin (s.ə) məqbərəsinin müdafiəçisi Tale Yusufov aprelin 22-də cəza çəkdiyi həbsxanada dünyasını dəyişib. Məlumat sosial media üzərindən yayılıb. Onun hansı səbəbdən ölümü haqda məlumat verilməsə də Tale Yusifovun həbs dövründə aldığı işgəncələrdən sonra səhhətində ciddi problemlərin olduğu onun ölüm səbəbləri arasındadır.

 Rasthaber Talenin bir neçə ay əvvəl, Azərbaycanda keçirilən prezident seçkiləri zamanı həbsxanada ruhi və psixoloji işgəncələrə məruz qaldığını qeyd edib.

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən yarımfinalın hər iki partiyasında Aydın Süleymanlı Xəzər Babazadəni üstələyərək, adını finala yazdırıb.

Tavuşda etiraz aksiyası qarşıdurmaya çevrildi - Xəsarət alanlar var

Ermənistanın Tavuş vilayətinin Noyemberyan kəndində keçirilən etiraz aksiyası qarşıdurmaya çevrilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, qarşıdurmada xidməti maşınlardan biri etirazçıların üzərinə sürülüb. Nəticədə sakinlərdən biri kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Daha bir nəfərin xəsarət aldığı deyilir. 

Azər Qasımlı: Azərbaycan iqtidarı anti-qərb, anti-demokratiya yolunu seçib

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanın xarici siyasət kursunda dəyişikliklərdən danışıb.

"Azərbaycan artıq Rusiyadan yana öz geopolitik seçimini edir. Bunun nəticəsi olaraq Azərbaycan xarici siyasətini dəyişib. 44 günlük müharibədənsonra Azərbaycan iqtidarı artıq Rusiyanın yanındadır. Hesab edirəm ki, o cümlədən Azərbaycanın daxilində siyasi sistemin tamamilə qapadılması artıq hətta mən deyərdim ki, diktaturaya yuvarlanması bununla bağlıdır.