21 April 2024

“Doğru vəd” əməliyyat ilə bağlı İslam İnqilabı liderinin ilk mövqeyi

İranın Ali Baş Komandanı son hadisələrdə göstərilən səyləri və uğurları səmimiyyətlə təqdir etməklə yanaşı "Silahlı qüvvələr öz qabiliyyət və iqtidarları ilə bağlı yaxşı, eləcə də İran xalqının təqdirəlayiq imicini nümayiş etdirdilər ki, bu da İran millətinin iradə qüdrətinin beynəlxalq aləmdə ortaya çıxması sübuta yetirildi" deyə vurğulayıb.

Müqtəda Sədr: Qədir-Xum bayramı İraqda bayram elan edilməlidir

Milli Şiə Hərəkatının (keçmiş Sədr Hərəkatı) lideri cümə günü İraq parlamentindən Qədir-Xum bayramının ölkədə bayram kimi qəbul edilməsini istəyib.

Müqtəda əs-Sədr öz bəyanatında belə elan edib: “İraq xalqının və mötədil milli çoxluğun göstərişinə əsasən, bütün qəbilələri ilə birlikdə İraq Nümayəndələr Palatası Zilhiccənin18-ci gününü  mənsubiyyətindən və inancından asılı olmayaraq, bütün iraqlılar üçün rəsmi tətil elan edilməlidir.

İspan xalqı Qəzzaya görə küçələrə axışıb

İspaniyada yüzlərlə insan sionist rejimin cinayətlərini pisləmək üçün küçələrə axışıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İspaniyada insanlar Qəzzaya dəstək vermək və sionist rejim ordusunun soyqırımını pisləmək üçün küçələrə axışıblar.

İsrailin Fələstinə hücumlarına qarşı çıxan yüzlərlə ispan Qəzza zolağında müharibənin dərhal dayandırılmasını və atəşkəsin yaradılmasını istəyib.

Suriya İsrailin hücumunun qarşısını alıb

Suriyanın hava hücumundan müdafiə sistemlərinin İsrail döyüş təyyarələrinin ölkənin cənubuna hücumunun qarşısını aldığı bildirilib.

Sputnik-in məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemləri ölkənin cənubunda Dera əyalətində sionist rejim döyüş təyyarələrinin raket hücumunun qarşısını alıb.

Suriyanın hava hücumundan müdafiə sistemləri raketləri hədəfə çatmamış yaxalayaraq məhv etməyi bacarıb.

Azərbaycan: Biz ərazimizdən başqa ölkələrə qarşı istifadə iddiasını rədd edirik

Azərbaycan Respublikası İsrailin öz ərazisindən İrana qarşı hücum pilotsuz təyyarələrinin göndərilməsi ilə bağlı şayiələrə münasibət bildirərək Azərbaycan ərazisindən üçüncü ölkəyə qarşı hərbi məqsədlər üçün istifadə edilməsini yalan adlandırıb.

"Atrium" əyləncə mərkəzində yanğın

Bakıda “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən "Atrium" əyləncə mərkəzində yanğın başlayıb. Ərazidə Fövqəladə Hallar Nazirliyi qrupu çalışır. Yanğının söndürülməsi ilə məşğuldurlar.

Son dövrlər yanğın halları aktivləşib. Ötən gün Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə də yanğın baş vermişdi.

Kataloniya klubu tarixi ilkə imza atdı

İspaniya La Liqasında bu mövsümün sürpriz komandası olan "Jirona" avrokuboka vəsiqəni təmin edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, kataloniyalılar çempionatın 32-ci turunda evdə "Kadis"ə qalib gəlməklə (4:1) buna nail olublar.  

Beləliklə, "Jirona" 7-ci pillədəki "Betis"lə xal fərqi 20-yə çatdırıb ki, hətta nəzəri cəhətdən geridə qalan 6 raundda bu fərqi aradan qaldırmaq mümkün deyil.

Minlərlə israilli Netanyahuya etiraz etmək üçün yenidən küçələri axışıb

İsraillilər yenidən ölkə boyu küçələrə çıxaraq Qəzza zolağında atəşkəs və məhbus razılaşması və Netanyahu hökumətinin istefası tələbi ilə nümayişlər keçiriblər.

Netanyahu hökumətinə qarşı şənbə günü keçirilən etirazlar bu həftə də eyni gündə geniş iştirakla davam edib.

Sülhməramlı kontingentin Qarabağdan getməsi Rusiyanın Azərbaycandan getməsi deməkdirmi?

Ekspertlər regionun Rusiya təsirindən azad olmasının bu qədər asan olmadığını düşünür və hesab edirlər ki, sülhməramlıların bölgədən getməsinin əvəzində Azərbaycan hakimiyyəti Rusiya ilə hansısa razılığa gəlib

Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti aprelin 17-dən etibarən iki ölkə rəhbərlərinin razılaşması ilə bölgəni vaxtından əvvəl tərk edir.

ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 mlrd. dollara yaxın yardım haqqında qanun qəbul edib

ABŞ-nin Ukrayna, Tayvan və İsrailə göndərəcəyi yardımın məbləği açıqlanıb.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın dondurulmuş aktivlərinin 60,84 milyard dollarını hərbi yardım qismində bu ölkəyə göndərəcək.

Sözü gedən silah-sursat Pentaqonun mövcud arsenalı hesabına təmin olunacaq.

Tayvanın Çin təhlükəsi ilə mübarizəsinə isə rəsmi Vaşinqton 8 milyard dollar ayıracaq.