20 April 2024

KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir

İsrail Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ABŞ-dan əlavə silah istəyib.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

İsrail Vaşinqtondan daha çox tank mərmisi və hərbi maşın verməsini xahiş edib. Agentlik qeyd edib ki, yəhudi dövləti Qəzza zolağında müharibə və İranla artan gərginlik fonunda ehtiyatlarını artırmağa ümid edir.

BMT TŞ-da İsrailə etiraz: Ərəb diplomatları zalı tərk etdilər

BMT TŞ-dan sionist İsrailə daha bir zərbə: Ərəb diplomatları zalı tərk etdilər.

 Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinin müzakirə edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında Sionist İsrailin daimi nümayəndəsi Gilad Erdan söz alanda onlarla diplomat ayağa qalxaraq zalın hər iki tərəfindəki çıxışlara yollanıb.

"Beşiktaş" qələbə qazandı

“Beşiktaş” Türkiyə Superliqasında 33-cü turun oyununa çıxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Ankaragücü”nü qəbul edib. 

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu qələbədən sonra “Beşiktaş” 51 xalla (33 oyun) 4-cü yerdə, “Ankaragücü” isə 37 xalla 13-cü yerdə qərarlaşıb.

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 il həbs cəzası kəsilib.

İlyarıma yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar yekunlaşıb və aprelin 19-da ona hökm oxunub.

Hökmdə Ü.Həsənovun 11 il azadlıqdan məhrum edilməsiylə yanaşı, onun özü və yaxınlarına məxsus 10 milyon manatlıq əmlakının müsadirə məsələsi də yer alıb.

ABŞ İraqda Həşduş-Şabinin bazasına hücum edib

ABŞ İraqın Babil əyalətində “Həşduş-Şabi” polis qüvvələrinin qərargahına hava zərbəsi endirilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə quruplaşmanın "Facebook" hesabında hücumla bağlı açıqlama yayılıb.

"ABŞ tərəfindən Babildəki Kalso hərbi bazasındakı Qalxan, Seraya əl-Cihad və Nuhbaya hava hücumu həyata keçirilib", - deyə bəyanatda vurğulanıb.

Hücumda ölən və yaralanan olmadığı bildirilib.