19 April 2024

İsrail mediasında İranın vurulması ilə bağlı fotolar saxtadır

Məlum olub ki, sionist İsraildə yerləşən “Jerusselam Post” qəzetinin dərc etdiyi sionist İsrailin İsfahanı vurduğunu göstərən foto yalandır.

Az.rasthaber.com xəbər verir ki, məlum olub ki, “Jerusalem Post” qəzetinin sionist İsrailin İsfahanı vurması ilə bağlı dərc etdiyi foto iki il əvvəl Qüds Qılıncı Döyüşü zamanı dərc olunan fotonun eynisi olub.

Avropa Parlamenti Azərbaycanda repressiyaları müzakirə edəcək

Aprelin 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti müzakirə edəcək.

Parlamentarilər "Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı son repressiyalar: Doktor Qubad İbadoğlu və İlhamiz Quliyevin işləri" adlı qətnamə layihəsinə baxacaqlar. Bu barədə İbadoğlunun qardaşı Qalib Bayramov bildirib.

Sənəddə "Abzas Media" və "Toplum" TV jurnalistlərinin işləri də əhatə olunub. Qətnamə aprelin 25-də səsverməyə çıxarılacaq.

Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb

İran vətəndaşı İranın Parisdəki səfirliyinin konsulluq şöbəsinin binasına şübhəli bağlama gətirib və üzərində partlayıcı kəmər olduğunu iddia edib.

Bu barədə İranın dövlət mediası məlumat yayıb.

Əraziyə çox sayda polis qüvvələri cəlb edilib.

Qeyd edilib ki, hadisəni törədən şəxs bir müddət əvvəl səfirlik binasının giriş qapısına hücum edərək onu yandırıb.

ABŞ Çinə təsir üçün geniş iqtisadi koalisiya yaratmaq istəyir

Birləşmiş Ştatlar Pekinin iqtisadi siyasətinin bir neçə aspektində dəyişikliklərə can ataraq, Çinə təsir etmək üçün mümkün qədər geniş koalisiya yaratmağa çalışır.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin qlobal iqtisadi məsələlərə nəzarət edən keçmiş müavini Dalip Sinqh deyib.

Rusiya Ukraynaya aviazərbələr endirdi - Ölənlər var

Aprelin 18-i gecə Rusiya ordusunun Dnepr şəhərinə atdığı raketlərdən biri yaşayış binasını hədəf alıb.

Hücum nəticəsində beşmərtəbəli binanın bir hissəsi yanaraq yararsız hala düşüb.

Xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 6 nəfər xilas edilib. Xilasedilənlər xəstəxanaya yerləşdirilib.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak dağıntılar altında insanların ola biləcəyini bildirilib. 

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşdi

UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanan son komanda bəlli olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Fransanın "Marsel"i ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu "Benfika" ilə doğma meydanda qarşılaşıb. Əsas və əlavə vaxta 1:0 üstün olan Liqa 1 təmsilçisi penaltilər seriyasında portuqaliyalılara qalib gələrək, yarımfinala adlayıb - 4:2.

meclis.info platformasının rəhbəri İmran Əliyev saxlanıb

“Meclis.info” platformasının rəhbəri İmran Əliyevin aprelin 18-də saxlandığı bildirilir.

O özü də bugün, aprelin 18-də axşam saatlarında Bakı hava limanında saxlandığı haqqında açıqlama yayıb. Onun deməsinə görə, saat 20-54 radələrində harasa aparılacağını gözləyib.

İmran Əliyevin vurğulamasına görə, aprelin 18-də bəzi media orqanlarında onun barəsində yayılan yanlış məlumatlardan sonra təhlükəsizliyi ilə bağlı Türkiyəyə getməyə qarar vermişdi.

"Özünü müsəlman adlandıranlar Quranın düşmən kimi tanıtdığı İsrailin yanındadır"

Yəmən inqilabının və Ənsarullah hərəkatının mənəvi lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi cümə axşamı çıxışında Fələstində və regionda baş verən son hadisələrə toxunub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Husi Fələstin xalqına kömək etməyin İslam ölkələrinin çiyinlərində böyük bir məsuliyyət olduğuna diqqət çəkib və deyib: "Ərəb ölkələrinin əksəriyyəti Fələstinə kömək etmədi. Onların bəziləri hətta İsraillə ortaq olub..."

İran HHM İsfahan səmasındakı PUA-ları vurdu

İran HHM qüvvələri İsfahan səması üzərində bir neçə PUA-nı vurub.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İsfahandakı nüvə obyektləri tam təhlükəsiz şəraitdədir.

Hava hücumundan müdafiə sistemləri İranın digər bölgələrində də hücumları dəf edib. Belə ki, oxşar insidentlər Təbrizdə də yaşanıb.

Bundan başqa, Tehran, İsfahan və Şiraz üzərindəki uçuşlar bir müddətlik dayandırılıb.

AEBA İranın nüvə obyektlərinin zərər görmədiyini açıqlayıb

AEBA İranın nüvə obyektlərinin zərər görmədiyini açıqlayıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın atom elektrik stansiyalarında heç bir ziyan müşahidə edilmədiyini və onlara heç bir hücum edilmədiyini açıqlayıb.

Agentlik İran və İsraili maksimum təmkin nümayiş etdirməyə çağırışını təkrarlayıb və vurğulayıb ki, hərbi münaqişələrdə AES-lər heç vaxt hədəfə alınmamalıdır.

ABŞ Fələstinin BMT-yə qəbulu ilə bağlı qətnaməni bloklayıb

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası zamanı Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsini tövsiyə edən qətnaməni bloklayıb.

 Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya və Çin sənədin qəbuluna səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qalıb, yalnız ABŞ qətnamə layihəsinə qarşı çıxıb.