18 April 2024

Bakı AŞPA-ya qayıtmaq üçün tələbləri yerinə yetirməlidir - Azərbaycan üzrə məruzəçi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın AŞPA-ya qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib.

"Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen "Turan"ın müxbiri ilə söhbətində deyib.

Tehranın digər təsir kartı: Hörmüz boğazı

Dünyanın diqqəti İranın təşkil etdiyi “Sadiq vəd" əməliyyatına yönəldiyi halda, Tehranın daha bir mühüm imkanına göz yumulur. Tehranın əsas neft hasil edən ölkələrdən neft ixracı üçün mühüm tranzit marşrutu olan Hörmüz boğazını blokadaya alması ehtimalı Qərbdə narahatlıq yaradır.

Yaxın Şərqdə gərginlik görünməmiş hadisələrlə artdıqca, Hörmüz boğazı vasitəsilə qlobal neft daşınmasının pozulması ilə bağlı narahatlıqlar münaqişələrin yayılması təhlükəsinə əlavə olunub.

Gürcüstan polisi: Aksiyada saxlanılanlar var, birində soyuq silah aşkarlanıb

Hökumət administrasiyasına qarşı davam edən aksiya zamanı iki nəfər saxlanılıb, saxlanılanların birindən soyuq silah götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırır.

Asayişin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları dövlət administrasiyasının binası ərazisinə səfərbər olunub.

Çindən İsrailə: Dərhal hücumları dayandır!

Çin işğalçı İsraili BMT Təhlükəsizlik Şurasının (TŞ) Yaxın Şərq qətnaməsinin tələblərinə əməl etməyə, Qəzza zolağına hücumları dayandırmağa və Rəfaha hücum planlarından əl çəkməyə çağırır.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.

İmam Əli (ə) ziyarətgahında Bəqi Qəbiristanlığının dağıdılması yad olunub

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Şəvval ayının 8-də (bu gün) Nəcəfül Əşrəfdə, İmam Əli (ə) ziyarətgahında 4 imamın dəfn olunduğu Bəqi qəbiristanlığının vəhabilər tərəfindən dağıdılmasının ildönümü qeyd olunub.

Bir neçə gün bu münasibətlə ziyarətgahlarda tədbirlər keçiriləcək.

Qeyd edək ki, hicri qəməri illə 1344-cü il Şəvval ayının 8-də (1926 21 aprel) bu qəbiristanlıq vəhabilər tərəfindən dağıdılıb.

ÇL: “Real” qalib gəlib, bütün yarımfinalçılar bəlli olub

UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin iştirakçıları bəlli olub.

1/4 final mərhələsinin son oyunu, “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) qarşılaşması ilə Avropanın ən güclü dördlüyüynün adına aydınlıq gəlib.

“Etihad” stadionundakı matçın əsas vaxtı 1:1 bitib.

Əlavə olunmuş vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyən etmək üçün penalti seriayası oynanılıb.