15 April 2024

Pakistan İslam Camaatı: Sionist rejimin çəkindirmə qabiliyyəti İranın müdafiə əməliyyatları ilə dağıldı

Pakistan İslam Camaatı Partiyasının sədr müavini İran İslam Respublikasının İsrail rejimə qarşı hərbi cavabını Tehranın qanuni haqqı hesab edərək deyib: “Tehranın müdafiə əməliyyatları ilə İsrailin çəkindirici gücü dağıldı.”

Hizbullah: Golani qüvvələrini hədəf aldıq

Livanın Hizbullah hərəkatı Qəzza zolağında Fələstin xalqına dəstək məqsədilə sərhədin o tayındakı düşmən qüvvələrinin hədəf alındığını açıqlayıb.

 Hizbullah bu gün bəyanat yayaraq, Livan sərhədi yaxınlığında Golani Briqadası qüvvələrini hədəf alan partlayışa görə məsuliyyəti öz üzərinə götürərək, bu əməliyyatın Fələstin xalqına və Qəzza zolağında müqavimətinə dəstək məqsədilə həyata keçirildiyini bildirib.

İsrail daha bir məscidi tamamilə dağıdıb

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən Ən-Nüseyrat Qaçqınlar Düşərgəsindəki evə hücum edib. Hücumlarda 3 fələstinli şəhid olub, bir məscid tamamilə dağıdılıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata görə, Nuseyrat Qaçqınlar Düşərgəsinin şimal-qərbində Əl-Ərəbi ailəsinə məxsus ev bombalanıb.

Papanın müşavirinin rəhbərlik etdiyi nümayəndə heyəti Kərbəlada

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Papanın Dinlərarası Dialoq Şurasının müşaviri, direktor A.Dominikanın təmsil etdiyi xristian nümayəndə heyəti Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahını ziyarət ediblər.

Papanın müşavirilə birlikdə heyətdə Fransadakı Müqəddəs Kitab Tədqiqatları İnstitutunun əməkdaşı, Jean-Jacques Berenice və Fransız Şərq Fəaliyyəti Fondunun nümayəndəsi Con Kassat və həyat yoldaşı təmsil olunublar.

İran İsrailin hava bazalarını vurub

"Hücumda ən azı doqquz İran raketi İsrailin iki hava bazasını vurub".

Bu barədə ABŞ mətbuatı yazıb. 

 "Ən azı doqquz İran raketi İsrailin hava hücumundan müdafiə sistemini deşərək iki İsrail hava bazasını vurub", - məlumatda deyilir.

Bundan əvvəl "Fox News" telekanalı İranın raketlərinin təxminən yarısının havaya qalxmadığını və ya hədəflərinə çatmadığını bildirmişdi.

 

“İnter” növbəti tur 20-ci çempionluğunu rəsmiləşdirə bilər

İtaliyanın “İnter” komandası gələn tur A Seriyasında çempionluğunu rəsmiləşdirə bilər.

"Unikal" xəbər verir ki, “nerazzurrilər” növbəti - XXXIII turda ikinci pillədə qərarlaşan “Milan”ı məğlub edəcəkləri təqdirdə, liqanın bitməsinə beş tur qalmış qızıl medalları təmin edəcəklər.

Hazırda “İnter” 83 xalla turnir cədvəlinə başçılıq edir, “Milan” isə 69 xalla ikinci pillədə qərarlaşıb.

Türkiyə mətbuatından İsrailə təslimiyyət

Şənbə günü hamımız televiziyada ABŞ-İsrail cəbhəsindən yayımlanan kanalları gördük. İrana qarşı psixoloji müharibə hələ raketlər havaya qalxmamışdan başlamışdı. “Hürriyet”dən Ahmet Hakan: “İranda tam bir qarışıqlıqdır” adlı məqalə yazaraq: "Nəticə: İran isə İsraili vura bilmir" kimi fikirlər tirajlandı. Hakanın yazısının mürəkkəbi qurumadan əvvəl Livan, sonra İran İsrailə raketlər atdı.

 

“Yeni Şafak” da “Hürriyyət”dən geri qalmadı