11 April 2024

Husilər yenə ABŞ gəmisini vurdular

Yəmənin Ənsar Allah hərəkatının üzvləri Ədən körfəzində üç ticarət gəmisinə və bir Amerika gəmisinə hücum edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, müvafiq bəyanatla husilərin hərbi nümayəndəsi Yəhya Səriya çıxış edib.

O, Aralıq dənizi Gəmiçiliyinin Darvin və Gina gəmilərinin, həmçinin Maersk şirkətinin "Yorktown" gəmisinin pilotsuz təyyarələr və raketlərlə hücuma məruz qaldığını vurğulayıb.

Türkiyədən oğurlanan nadir Quran nüsxəsi geri qaytarıldı

Osmanlı xəttatlığının banisi sayılan xəttat Şeyx Həmdullahın oğlu Mustafa Dədə tərəfindən 16-cı əsrdə yazılmış Qurani-Kərim nüsxəsi Türkiyəyə geri qaytarılıb.

Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Xatırladaq ki, həmin nüsxə 2017-ci ildə Türkiyədən qeyri-qanuni şəkildə çıxarılaraq İngiltərədə satışa çıxarılmışdı.

"Atletiko" və "Barselona"dan əzmkar qələbə

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Atletiko” doğma azarkeşlər önündə “Borussiya”nı (Dortmund) qəbul edib. Görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda isə “Barselona” səfərdə PSJ ilə qarşılaşıb. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.