07 April 2024

Nyu-York bələdiyyəsi hicabları zorla çıxarılanlara 17,5 milyon dollar ödəyəcək

Nyu-York şəhəri həbs edildikdən sonra şəkil çəkdirmək üçün hicablarını çıxarmağa məcbur edilən iki müsəlman qadının iddiasını həll etmək üçün 17,5 milyon dollar ödəməyə razılaşıb.

ABŞ-da Nyu-York şəhəri qadınları çadralarını çıxarmağa məcbur etdiyinə görə 17,5 milyon dollar ödəyəcək. Manhetten federal məhkəməsinə verilən iddia ABŞ-ın Dairə Hakimi Analisa Torres tərəfindən təsdiqlənməlidir.

İrlandiyadan İsraillə bağlı qərar

İrlandiya işğal altındakı Fələstin ərazilərindəki fəaliyyətlərinə görə iri banklar da daxil olmaqla 6 İsrail şirkətindən milyonlarla avroluq sərmayəni geri çəkməyə qərar verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İrlandiya Maliyyə Nazirliyi edilən yazılı açıqlamada, İrlandiya Milli Xəzinə İdarəetmə Agentliyinin (NTMA) İrlandiya Strateji İnvestisiya Fondunda (ISIF) qlobal səhm portfelindən 2,95 milyon avro satmağa qərar verdiyini təsdiqləyib.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb.

O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub.

Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub. O, 36 yaş 320 günündə reytinqdə birinci olub. Cokoviç isə hazırda 36 yaş 321 günündə liderdir.

Tbilisidə atıcılıq mərkəzində partlayış olub, ölənlər və yaralılar var

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əraziyə polis və yanğınsöndürənlər cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Ərdoğan Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı sazişi təsdiqlədi

 Ankara, Bakı və Tbilisi arasındakı “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük tranzit əməliyyatlarının asanlaşdırılması üçün məlumatların ilkin mübadiləsinə dair” razılıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

Sözügedən saziş 2022-ci il 18 avqustda Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanıb.