03 April 2024

Daha bir qazi intihar edib

Aprelin 3 də, səhər saatlarında Hacıqabul rayon sakini, Vətən müharibəsi qazisi 1988-ci il təvəllüdlü Qocayev Kənan Davud oğlu özünə qəsd edərək intihara cəhd edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, Kənan Qocayev ilk olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti ağır olduğundan sonradan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bakıda İranla bağlı nələrdən danışılıb...

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Peyli (Abram Paley) Cənubi Qafqaz paytaxtlarında səfərdə olub.

"Cənubi Qafqaza konstruktiv bir səfər idi. İran rejimini, sanksiyaları, bu rejimin sabitliyi pozan hərəkətlərinin aradan qaldırılması səylərini müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüm", - o, X hesabında yazır.

Azərbaycanda Əfv Komissiyasının iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

Aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Bu barədə Amerikanın Səsinə komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib.

Onun sözlərinə görə, toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Məhkəmə Naxçıvan Penitensiar Xidmətinin keçmiş rəisini 10 il həbsə məhkum edib

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hakim Hüseyn Məmmədovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin keçmiş rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovu 10 il müddətinə azadlıqdan məhrum edib.

Hökmə əsasən, Həsənovun ədliyyə general-mayoru rütbəsindən və "Vətən uğrunda medalı"ndan mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndəriləcək.

Məscidlərimizdə TERROR təhlükəsi

“Baş verən terror hadisələrindən sonra biz də diqqətli olmalıyıq. Son zamanlar məscidlərdə xarici qonaqların sayı artıb, dilimizi bilmirlər. Özü də qrup şəklində gəlirlər. Təbii ki, bunlar ələ alına bilərlər. Azərbaycana qarşı kin-küdurət bəsləyən dövlətlər tərəfindən göndərilə bilərlər, onlara külli miqdarda rüşvət təklif edilə bilər, kamikadzelik edə bilərlər”.

ABŞ müsəlmanları Ağ Evin iftar dəvətini rədd edirlər

Böyük izdihamlı iftarın ləğvindən sonra prezident Co Bayden administrasiyasındakı yüksək vəzifəli müsəlman rəsmilər, birinci xanım Cil Bayden, vitse-prezident Kamala Harris və əri və bəzi müsəlman liderlərlə görüşüb.

Ənənəvi olaraq Ramazan ayında Ağ Evdə təşkil edilən iftar süfrəsinə dəvət olunan müsəlman fikir liderləri Qəzza müharibəsi səbəbindən dəvəti rədd ediblər. İştirak az olduğu üçün tədbir aşağı səviyyəli görüşə çevrilib.

Türkiyədə 89 PKK tərəfdarı saxlanıldı, PKK dəstəkçiləri isə təcili yardım maşınını yandırıb, küçələrdə Molotov kokteyli atırlar

Türkiyə polisi PKK terror təşkilatını dəstəkləyən 89 nəfəri saxlayıb.

Türkiyənin Van və Hakkari bölgələrində PKK tərəfdarları iğtişaşlar törədib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir ötən gün icazəsiz nümayiş keçirən 89 nəfərin PKK terror təşkilatına qarşı tərif və dəstək şüarları səsləndirdiyini, təhlükəsizlik qüvvələrinə daşla hücum etdiyini və xəbərdarlıqlara baxmayaraq müqavimət göstərərək nəzarətə alındığını bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkədəki son "repressiyaları" pisləyib

Azərbaycan hakimiyyəti bir ildən çoxdur ki, fasiləsiz şəkildə siyasi həbslər həyata keçirməklə məşğuldur. Ölkənin tanınmış siyasətçiləri, ictimaiyyət nümayəndələri, jurnalistlər ard-arda şərlənərək həbs olunur. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilir.

Bütün əvvəlki repressiya dalğalarında olduğu kimi, bu dəfə də həbslər Azərbaycan Xalq Cəbhəsi Partiyasından yan keçməyib. Bu dəfəki siyasi həbslər kampaniyasında partiya məhbuslarının sayı artaraq 11 nəfərə çatıb.

Netanyahunun iqamətgahına gedən israilli etirazçılara polisdən sərt reaksiya

Qəzzadakı israilli məhbusların qohumları və hökumət əleyhdarı qruplar da daxil olmaqla minlərlə etirazçı rejimin baş naziri Binyamin Netanyahunun Qərbi Qüdsdəki evi önündə hökumətə etiraz edərkən polislə qarşı-qarşıya gəlib.

İsrail parlamentinin qarşısındakı çadırlarda qalmağa davam edən hökumət əleyhdarı qrupların Qəzza küçəsindəki Netanyahunun iqamətgahına doğru yürüş çağırışına minlərlə insan qoşularaq, İsrailli məhbusların Qəzzadan gətirilməsi üçün Həmas ilə müqavilə imzalanmasını tələb edib.

Liviyanın baş müftisindən Qəzzə fətvası

Liviyanın baş müftisi Sadiq əl-Giryani Qəzzaya dəstək ilə bağlı yeni fətva verib. Şeyx Sadiq insanları blokadaya alınmış əraziyə kollektiv və fərdi şəkildə dəstək etməyə çağırıb.

Liviyanın baş müftisi Şeyx Sadiq əl-Giryani fətva verərək Qəzzaya qonşu olan ölkələrin xalqından mühasirədə olan Qəzza zolağının sərhədlərinə daxil olub qardaşlarına kömək etmələrini istəyib.

KİV: İsrail İran konsulluğuna zərbədən öncə Bayden administrasiyasını məlumatlandırıb

İranın Dəməşqdəki konsulluğuna qarşı əməliyyat barədə İsrail təyyarələri havada olarkən Bayden administrasiyasına məlumat verilib.

Bu barədə adı açıqlanmayan iki ABŞ rəsmisi “NBC News”a bildirib.

Rəsmilər İsrail təyyarələri havada olarkən Bayden administrasiyasına əməliyyat barədə məlumat verildiyini, lakin hədəfin nə olduğunu bilmədiklərini deyiblər. Bayden administrasiyası daha əvvəl əməliyyatdan əvvəldən xəbərlərinin olmadığını bildirib.

 

Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Ayxan İsrafilova hökm oxunub.

Fəal özü də məhkəmədə çıxış edib və həbsini siyasi sifarişli adlandırıb. Vəkil Fariz Namazlı məhkəmədən fəala bəraət verilməsini istəyib. Dövlət ittihamçısı isə İsrafiilovun 5 azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.