02 April 2024

Azərbaycan birinciliyində 362 taekvondoçu mübarizə aparacaq

Uşaq taekvondoçular arasında keçiriləcək Azərbaycan birinciliyində 362 idmançı mübarizə aparacaq.

Yarışa aprelin 3-də start veriləcək.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda üç gün davam edəcək və ilk dəfə təşkil olunacaq birincilikdə 285 oğlan, 77 qız idmançı qüvvəsini sınayacaq.

Həm oğlanlar, həm də qızlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.

 

Türkiyədən İsrailə reaksiyalara baxmayaraq ixrac rəqəmləri yüksəlməkdədir

Fevral ayında Türkiyədən İsrailə ixrac yanvar ayı ilə müqayisədə artıb. Türkiyə Ticarət Nazirliyi fevral ayı xarici ticarət statistikasını açıqlayıb.

Buna görə Türkiyədən İsrailə fevral ayında ixracat 422 milyon 257 min 84 dollar olub. Yanvar ayında İsrailə ixracat 349 milyon 650 min 72 dollara yüksəlib. Eyni dövrdə Türkiyə Fələstinə 14 milyon 938 min 622 dollar ixrac edilib.

İsrail Qəzzada humanitar yardım işçilərini vurdu

İsrail bu dəfə Qəzzada humanitar yardım işçilərini hədəf alıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, İsrail Qəzza zolağında ehtiyacı olanlara xidmət edən "World Central Kitchen (WCK)" adlı beynəlxalq yardım təşkilatını hədəfə alıb.

Hücum nəticəsində təşkilatın əməkdaşı olan 7 nəfər həyatını itirib. Həlak olanların Avstraliya, Polşa, Britaniya, ABŞ-Kanada və Fələstin vətəndaşı olduğu bildirilib.

Bu gecə üçüncü əhyadır – Qədr gecəsinin əməlləri

Bu gecə Qədr gecəsinin olması ehtimalı böyük olan, həmçinin sonuncu fürsət kimi dəyərləndirilən gecədir. Bu gecədə əhya saxlamaq və Qədr gecəsinin əməllərini etmək lazımdır.

Az.shafaqna.com Qədr gecəsinin əməllərini təqdim edir:

1) Qüsl etmək. Qüsl edərkən belə niyyət edilməlidir: “Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.

Naxçıvanda Sanitar-Təmizlik İdarəsinin əməkdaşları etiraz aksiyası keçirib

Aprelin 1-də Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin əməkdaşları əmək haqqının azaldılmasına etiraz olaraq aksiya keçirib.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, aksiya iştirakçıları Naxçıvan Ali Məclisinin binasının önünə toplaşıb. Onlar aylıq maaşlarının azaldıldığını bildirib.

""Al Jazeera" telekanalı bağlansın!" - Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu Qətərdə yerləşən "Al Jazeera" televiziyasının bağlanmasına icazə verən qanunun təsdiqlənməsi üçün İsrail parlamenti Knessetə təzyiq edir.

Bu barədə ölkənin KAN televiziyası məlumat yayıb. 

Bildirilir ki, Netanyahu "Al Jazeera"nin İsraildəki yayımlarını dayandırması üçün qurumun bağlanmasını tələb edib. 

ABŞ-ın İran üzrə xüsusi elçisi Bakıda olub, Hikmət Hacıyevlə sanksiyaların tətbiqini müzakirə edib

ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.

Ukrayna Tatarıstanda zavoda PUA-larla zərbə endirib, 6 nəfər yaralanıb

Tatarıstanın Yelabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, ölənlər olmasa da, 6 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə müəssisəyə ciddi ziyan dəyib.

Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb.

Qeyd edək ki, yerli hakimiyyət insidentlə bağlı hələlik rəsmi məlumat yaymayıb.

İran Prezidenti: İsrailin Suriyadakı konsulluğumuza hücumu cavabsız qalmayacaq

İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumu cavabsız qalmayacaq.

Bunu İran Prezidenti İbrahim Rəisinin İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu ilə bağlı bəyanatında deyilir.

"İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində briqada generalları Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü həlak olub", - İran Prezidenti qeyd edib.

İstintaq Ülvi Həsənli barəsində yalan məlumat verərək "Toplum TV"nin əməkdaşından ifadə almağa çalışıb

Ülvi Həsənli: “Bu yalanları hökumətin Abzas Media”ya qarşı şər kampaniyasının növbəti hissəsi hesab edirəm”

Martın 30-da “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından bəyanat yayıb.

O bildirib ki, istintaq “Toplum TV işi” üzrə həbs edilən şəxslərdən birini aldadaraq ifadə almağa çalışıb: