ABŞ-ın Yəmənə son hücumunda şəhidlərin sayı 80-ə çatıb.
Aprelin 18-nə keçən gecə ABŞ-ın Yəməndə yanacaq limanına hücumu nəticəsində ölənlərin sayı 80-ə çatıb. Yerli mənbələrin verdiyi məlumata görə, hücum nəticəsində 80 nəfər ölüb, ən azı 150 nəfər yaralanıb.
ABŞ hücumda husiləri hədəf aldığını iddia edərkən, regional mənbələr həyatını itirənlərin çoxunun bölgədə çalışan mülki vətəndaşlar olduğunu bildirib. ABŞ-ın hədəf aldığı Ras İsa limanında yanğın baş verib. Ras İsa Limanı Qırmızı dəniz sahilində, Hudeyda şəhərindən təxminən 60 kilometr şimal-qərbdə yerləşir. ABŞ hücumda mülki vətəndaşların itkiləri ilə bağlı açıqlama verməyib.
ABŞ uzun müddətdir ki, səlibçi imperialist tərəfdaşı Böyük Britaniyanın dəstəyi ilə Yəmənə hava zərbələri endirir. Mart ayından etibarən hücumların intensivliyi artıb. Hücumlarda indiyədək onlarla insan, o cümlədən mülki vətəndaş həyatını itirib.
Yəməndə şəhidlərin sayı artır