Şənbə günü İmam Zeynəl Abidinin (ə) şəhadətinin ildönümündə bütün Yəmən xalqı geniş yürüşlər keçirib.
Yəmənlilər imam Səccadın (ə) şəhadətinin ildönümünü qeyd etmək üçün şənbə günü Səada və Sənada da daxil olmaqla ölkə boyu yürüş zamanı ABŞ-ın regiondakı avtoritar siyasətinə qarşı şüarlar səsləndiriblər. Əl-Məsirə xəbər agentliyi xəbər verir ki, yürüşdə ABŞ bayrağı da yandırılıb.
Bu yürüşün iştirakçıları bəyanat yayiblar. Bəyanatda deyilir: "Bugünkü yürüş bizim Qurana və imamlarımıza, xüsusən də Əli ibn Hüseynə (ə) bağlılığımızı nümayiş etdirir. Bu addımımız isə Quranı və Peyğəmbəri təhqir edənlərə qarşı mövqe tutmağımızdır.”
Bəyanatda belə davam edilib: "Millətin ehtiyac duyduğu ən mühüm şeylərdən biri də hər şeydə milləti hədəf alan yanlış məlumatların dəhşətli vəziyyətinə qarşı şüur və uzaqgörənlikdir".
İsveç və Danimarka kimi ölkələrin mallarını boykot etməyə çağıran yürüş iştirakçıları, "Quranı təhqir edən ölkələr üçün edilə biləcək ən yüngül iş diplomatik əlaqələri kəsmək və iqtisadi embarqo tətbiq etməkdir" deyiblər.
Bəyanatda həmçinin qeyd olunub ki, Amerika və sionist qüvvələrin Qırmızı dənizdə mövcudluğu dəniz gəmiçiliyinin təhlükəsizliyini təhdid edir və Yəmən silahlı qüvvələri ABŞ-ın Yəmənin suverenliyinə zərər vuran varlığına qarşı durmağa hazırdır.
Yürüş iştirakçıları öz bəyanatlarında Fələstin məsələsinə dair prinsipial mövqelərini və Fələstindəki mücahid qardaşları ilə cihad və müqavimət oxunda əməkdaşlıq və koordinasiyanı gücləndirmək səylərini də vurğulayıblar.
Yəməndə geniş yürüşlərdə Amerika bayrağı yandırılıb