Yəmən qüvvələrinin vurduğu Britaniya gəmisi batıb

Sky News telekanalı Yəmən qüvvələrinin hədəfində olan Britaniyaya məxsus Rubymar gəmisinin batdığını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, hadisənin digər təfərrüatları açıqlanmayıb.

Bundan əvvəl Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Telegram-da verdiyi açıqlamada müvafiq silahlarla hədəf alınan Britaniyanın Rubymar gəmisinin "ciddi zərər gördüyünü" və tamamilə sıradan çıxdığını bildirmişdi.

Yəmən qüvvələri sionist İsrailin Qəzza zolağına təcavüzü bitənə qədər Qırmızı dənizdəki işğal altındakı limanlara doğru hərəkət edən gəmiləri hədəf almağa davam edəcəklərini vurğulayırlar.