Hüquq müdafiəçisi Oqtay Gülalıyev Ədliyyə Nazirliyini 18 gündür DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanılan Saleh Rüstəmovun Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülməsini təmin etməyə çağırır.
Gülalıyev qeyd edib ki, həbs qərarından sonra 72 saat ərzində saxlanılan şəxs istintaq təcridxanasına köçürülməlidir. Amma qanuna zidd olaraq, hər iki məhbus yarım aydan çoxdur istintaq orqanının nəzarəti altındadır.
Buna görə onlar dərhal Ədliyyə Nazirliyinin təcridxanasına köçürülməlidir.
"Həbs edilən şəxsin DİN idarəsində saxlanma ondan ifadə almağa çalışıldığını göstərir. Ola bilər ki, müxalifəti maliyyələşdirdiyini etiraf etməyi tələb edirlər.
Rüstəmov RF vətəndaşıdır və Rusiyada yaşayır", deyə Gülalıyev əlavə edib.
"Saleh Rüstəmovun qardaşı ilə bugünki görüşü müstəntiqin iştirakı ilə keçirilib, təbii ki, saxlanılan şəxs başına gələn hər şeyi danışa bilməyib. "Bandotdel" (Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi) məhbuslara işgəncə verildiyi yer olaraq mənfi imicə sahibdir", deyə fəal bildirib.
"Rüstəmovun vəziyyəti bizi narahat edir, hakimiyyət onu həbs edərək müxalifətin xaricdən maliyyələşməsi işini saxtalaşdırmağa çalışır", Gülalıyev belə hesab edir.
Turan
Hüquq müdafiəçisi Saleh Rüstəmovu Ədliyyə Nazirliyinin istintaq təcridxanasına köçürməyi tələb edir

Oxşar xəbərlər