Ukrayna Tatarıstanda zavoda PUA-larla zərbə endirib, 6 nəfər yaralanıb

Tatarıstanın Yelabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, ölənlər olmasa da, 6 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə müəssisəyə ciddi ziyan dəyib.

Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb.

Qeyd edək ki, yerli hakimiyyət insidentlə bağlı hələlik rəsmi məlumat yaymayıb.