Türkiyədən 14 azərbaycanlı deportasiya edildi

Türkiyənin Qars vilayətində polis gecə klublarına basqın təşkil edib.
 
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, əməliyyat zamanı iş icazəsi olmadan çalışan 31 xarici ölkə vətəndaşı saxlanılıb.
 
Bunlardan 4-ü rus, 14-ü azərbaycanlı, 2-si gürcü, 7-si erməni, 3-ü özbək, 1-i isə moldoviyalıdır.
 
Saxlanılan şəxslər öz ölkələrinə deportasiya edilib.