Türkiyə Prezidenti: Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağıq

Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.

Operativtv.com APA-nın İstanbul müxbirinin verdiyi xəbərə istinadən, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.

“Biz Qərbin sanksiyalarına bağlı deyilik. Biz güclü dövlətik və Rusiya ilə müsbət münasibətimiz var”, - o deyib.

Türkiyə Prezidentinin sözlərinə görə, “Taxıl sazişi”nin müddətinin daha 2 ay uzadılması məhz onun rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərinə görə mümkün olub.