Dünyanın bütün diqqət mərkəzində olan İsrailin Qəzzaya hücumu artıq bir ayı geridə qoydu. Böyük insan itkisi, körpə və uşaqların qətliamı ilə müşahidə olunan Qəzzaya bombalı hücum ağlasığmaz qurbanlar versə də, lakin artıq İsrailin ən əsas müttəfiqi olan Amerikanın belə etirafına görə İsrail bu savaşda da qələbə əldə edə bilmir.
Qəzzaya hücum Hizbullahla 33 günlük savaşın dağıntı və itkilərini geridə qoyan bir çox vəhişiklərə imza atsa da, lakin nəticə etibari ilə növbəti dəfə hər növ silah arsenalına malik nüvə dövləti özünün təqdim etdiyi üstünlükləri göstərə bilmədən aciz duruma düşməyə davam edir.
Məlumdur ki, İsrail Qəzza deyilən kiçik bir ərazini öz iddiasına əsasən bir neçə günə çökdürməli idi. Zatən təcrid olunmuş duruma salınan Qəzza bu müharibə üçün güclərin kosmik fərqi ilə məğlub olması gözlənilən idi də. Lakin görünür iki şey hər iki tərəfdən nəzərə alınmadan xüsusi nöqtə müharibənin bir neçə günə İsrailin qələbəsi ilə bitmə fikri irəli sürülmüşdü.
Bunlar:
1. İsrailin özünün söylədiyi kimi qüdrətli orduya malik olması.
2. Fələstinin varlığına böyük təsir buraxan əqidə göstəricisi.
Öncədən İsrailin qüdrətli ordu anlayışında yanlış olan tərəf, Azərbaycan israilsevənləri üçün də izah olunması gərəkən bir məsələ haqqında: "Silah çox əhəmiyyətlidir, ancaq ondan əhəmiyyətli olan silahı əlində tutan əsgərin cəsarətidir." Əsgərə cəsarət verən inam və inancı, torpağına, xalqına məhəbbəti silahın gücünü artıran, onun qüdrət göstəricisidir. Hansı ki, 44 günlük İkinci Qarabağ savaşında bunu Azərbaycan əsgəri nümayiş etdirdi. Əsgərimizin ruhundakı vətən eşqi, öz torpağının düşməndən azad etmə gücü bütün silahlardan daha əhəmiyyətli və əsas idi. Bunu İsraildən alınan silah deyil, onu əlində tutan Azərbaycan əsgəri qalib və yenilməz etdi. Lakin əlində ən son model silah tutmuş İsrail əsgərinin üzbəüz savaşda göstərdiyi nəticə onun cəsarətsizliyi ilə yanaşı başqasının torpağında işğaıçı qismində çıxışından irəli gəlirdi. İsrail əsgəri ayağının altındakı torpağın fələstinlilərə aid olduğunu çox gözəl başa düşür. Necə ki, bunun eynisini erməni əsgəri son savaşda yaşamışdı. Bu hal erməni əsgəri kimi israil əsgərinin də ümidsizlik amilidir.
İkinci məsələ tam əks olaraq Fələstin xalqının əliyalın mübarizəsində ona ruh verən amildir. Bu, onun Allaha inancı və torpağının azadlığına inamıdır. Bu torpaq fələstinlinindir. O, öz torpağını azad görmək üçün bütün gücü ilə savaşır. Onun ən son texnoloji silahı torpağından aldığı güc və qüdrətidir.
Budur, günlər ötdükcə daha da azğınlaşan İsrail ordusu silahsız fələstinlinin qarşısında hər növ qətliamına baxmayaraq aciz duruma düşməkdədir. Bunun üçün ona Qəzzə boyda kiçik bir ərazidə savaş aparmaq üçün Amerikanın dəniz donanması belə yardıma gəlsə də, İsrail əsgərinin cəsarətsiz ruhundan Fələstin xalqının, Qəzza camaatının mübarizə və mücadiləsinin yaratdığı qorxu və ümidsizliyi çıxara bilmir. Bununsa yalnız bir adı var: torpaq sahibinin gücü!
Müsəlman Birliyi Hərəkatı
Torpaqdan gələn güc