Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam edib.
Şahid qismində dindirilən Fidan Əlicanova və Cəmilə Əzimova ibtidai istintaqda təzyiq altında ifadə verdiklərini deyiblər. C.Əzimova bildirib ki, müstəntiq onun üstünə qışqırıb və onu səhərə qədər polis bölməsində saxlamaqla hədələyib. Şahidlərin hər ikisi telefonlarının müsadirə olunduğunu və hələ də qaytarılmadığını, bununla bağlı heç bir hüquqi sənəd təqdim olunmadığını qeyd edib.
Şahidlərin dindirilməsi zamanı təqsirləndirilən şəxslərdən "Toplum TV" jurnalisti Fərid İsmayılovla dövlət ittihamçısı Rauf Malışov arasında mübahisə yaranıb. Jurnalist R.Malışovun şahidə verdiyi suala etiraz edib, dövlət ittihamçısı isə ona "otur aşağı" deyib və əlavə edib ki, "onunla belə danışa bilməz". Mübahisə nəticəsində F.İsmayılovun halı pisləşib və o, məhkəmə zalından müvəqqəti çıxarılıb.
F.İsmayılov məhkəmə zalına qayıtdıqdan sonra Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun məhkəməyə gəlib ifadə verməsi tələbilə vəsatət verib. O bildirib ki, sonuncu dəfə ölkə xaricindən gələrkən könüllü şəkildə gömrük orqanlarının yoxlamasından keçib və üzərində qanunsuz əşya və ya pul vəsaiti olmaması barədə sənəd alıb. Buna görə də, o, qaçaqmalçılıqda ittiham edilməsinin ziddiyyətli olduğunu və Ş.Bağırovun buna aydınlıq gətirməli olduğunu deyib.
"Gömrük Komitəsi də gömrük bəyannamələrini istintaqla bölüşüb. Orada da qeyd olunur ki, üzərimdə pul və ya qiymətli əşya aşkar olunmayıb. O zaman iki qurumdan biri yalan danışır. Deyək ki, "Toplum"çular, "Abzas"çılar, "Meydan"çılar qaçaqmalçılıqla məşğul olub. Şahin Bağırov gəlsin cavab versin ki, hara baxırdı? Necə oldu ki, bir ildə 20-dən çox jurnalistin qaçaqmalçılıq ittihamı ilə həbsindən sonra "Vətənə xidmətə görə" medalı aldı?", - F.İsmayılov sual edib.
Məhkəmə vəsatətin cinayət işi ilə əlaqəsi olmadığını əsas gətirərək onu təmin etməyib. Bu vaxt digər təqsirləndirilən şəxslər məhkəmənin qərarına etiraz edib və vəsatəti müdafiə edib.
"İttiham aktında yazılıb ki, biz isti izlərlə saxlanılmışıq. İl yarımdan çoxdur həbsdəyik, hələ də bilmirəm hansı əsaslarla bizi saxlayıblar. Heç kimə maaş verməmişəm, əleyhimə heç bir ifadə yoxdur", - "Toplum TV" videoredaktoru Müşfiq Cabbar bildirib.
Hakim Azər Tağıyev isə cavab olaraq işin hələ də araşdırıldığını deyib. Bu zaman təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli hakimə etiraz edib.
"Onda bizi buraxın, çıxaq gedək. Araşdırıb bitirəndə bizi çağırıb deyərsiniz ki, filan işləri görmüsünüz, cəzanız da budur", - o deyib.
R.İzzətli daha sonra ev dustaqlığına buraxılması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
M.Cabbar isə hakimə bu yaxınlarda ev dustaqlığına buraxılan "Sputnik Azərbaycan" əməkdaşlarının ölkəni necə tərk etdiklərini soruşub. Hakim deyib ki, bunu onların özlərindən soruşmaq lazımdır, jurnalist isə sualının ritorik olduğunu bildirib: "Bura Azərbaycandır, burada hər şey formaldır."
"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
"Toplum TV işi": Gömrük Komitəsi sədrinin məhkəməyə çağırılması tələb olundu