Taliban Pakistanın hərbi bazalarını bombaladı

Pakistan Hərbi Hava Qüvvələri “Pakistan Taliban Hərəkatı” radikal qruplaşmasının Əfqanıstandakı sığınacaq və düşərgələrinə hava zərbələri endirib. Əfqanıstan sərhəd qoşunları Pakistanın hərbi hava qüvvələrinin reydlərinə cavab olaraq iki ölkənin sərhədində yerləşən Pakistan hərbi bazalarını atəşə tutub.

Bu barədə radikal Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətindəki Müdafiə Nazirliyinin nümayəndəsi İnayətullah Xarəzmi məlumat verib.

O, "X" şəbəkəsində yazıb: "Bu səhər Pakistanın döyüş və kəşfiyyat təyyarələri yenidən Əfqanıstana daxil olub və yaşayış binalarını bombalayıb. Bu hücuma cavab olaraq, sərhəd qoşunları xəyali xətt üzrə Pakistan hərbi bazalarını ağır silahlardan atəşə tutublar".

Xarəzmi vurğulayıb ki, Taliban “istənilən təcavüzkar hərəkətlərə cavab verməyə hazırdır” və istənilən şəraitdə Əfqanıstanın “ərazi bütövlüyünü müdafiə edəcək”.

 

Unikal.az