Şeyx Sərdarın karserdə qalma müddəti bir ay da artırılıb

Yanvarın 29-da köçürüldüyü 7 saylı cəza çəkmə müəssisəsində karserə salınan Şeyx Sərdar Hacıhəsənli ilə bu gün vəkili Elçin Sadıqov görüşüb. Bu barədə məlumatı vəkil öz səhifəsində paylaşıb. O, bildirib ki, ruhaninin karser cəzası bir ay da artırılıb:

"Bu gün şeyx Sərdar Babayevlə görüşdüm. Məlumat üçün bildirim ki, Sərdar Babyev həmin müəssisəyə 29 yanvar 2024-cü ildə aparılıb və aparıldığı gün saxta akt tərtib edilərək 1 aylıq karserə (cərimə təcridxanası) salınıb. Dünən onun cərimə təcridxanasına salınmasının 1 ayı tamam olduğu üçün CÇM-ə buraxılmalı idi. Lakin, dünən yenidən Sərdar Babayevin qayda pozması bəhanəsi ilə barədə saxta akt tərtib edilib və o, növbəti dəfə 1 aylıq cərimə təcridxanasına salınıb. S.Babayev bildirdi ki, bu saxta aktları tərtib edib onu cərimə təcridxanasına salmaqda məqsəd S.Babayevin həbsxanaya (ömürlüklər saxlanılan CÇM) köçürülməsi üçün hüquqi baza yaratmaqdır."