1920-ci ildə, İranın Xorasan vilayətinin Fəriman kəndində nurlu, təqva və pak bir ailədə, tarixin ölməz dühasına çevriləcək Şəhid Murtəza Mütəhhəri dünyaya göz açır. Atası Şeyx Muhəmməd Hüseyn Mütəhhəri onu İmam Əlinin (ə) şərəfinə Murtəza deyə çağırır. Din, elm və mənəviyyatla hörülən ailədə dini dəyərləri hələ körpə yaşlarından ailəsindən mənimsəyən Murtəza ilkin təhsilini qəsəbə məktəbində alır. 12 yaşına çatdıqda isə onu təhsilinin davamı üçün atası Məşhəd şəhərinə gətirir və buradakı mədrəsələrdən birinə yerləşdirir. 1936-cı ildə, dörd illik təhsilini başa vuran Murtəza kamil təhsil əldə etmək üçün Qum şəhərinə gəlir. O, burada 15 il İslam elmləri ilə məşğul olur, təhsil imkanlarını genişləndirir. Qumun dəyərli elim adamları ilə təmasda olan Mütəhhəri Ayətullah Təbatəbai Burucerdidən Molla Sədra fəlsəfəsini, İmam Xomeynidən üsul və fiqh, Əllamə Muhəmməd Hüseyn Təbatəbai Təbrizidən İbni Sina təbabətini, Ayətullah Mirzə Əli Şirazidən irfan, Seyid Muhəmməd Hüccət, Seyid Sədrəddin Sədr, Seyid Məhəmməd Təqi Xonsari kimi dahi şəxslərdən müxtəlif mühim dərslər alaraq Ayətullah rütbəsinə çatır.
Təhsili ilə yanaşı tələbələr arasında fəallığı ilə də fərqlənən Mütəhhəri tələbələr və müəllim heyyətləri ilə disskusiyalar aparır, şah rejminin İslam əleyhinə apardığı planlı işlərini pisləyərək onlara qarşı mübarizdə fərqlənir.
1952-ci ildə Mütəhhəri təhsilini bitirib Tehrana gəlir. Xüsusi elmi bilgiyə yiyələnən Ayətullah Mütəhhəri Tehranda elmi işlərə xüsusi yer ayırır. İranin daxilində Qərbin şübhə toxumları əkdiyi fəlsəfi cərəyanlarını diqqətlə nəzərdən keçirən Mütəhhəri ölkəsinin gəncləri arasında baş qaldıran çaşdırıcı məktəblərin təfəkkür sistemini yaxından öyrənir. Qərbin fəlsəfə banislərinin din daxilində azdirici fikirlərinə nəzər salan Mütəhhəri onların yaratdığı şübhələrə təkcə din adına deyil məntiq və fəlsəfə baxışı ilə də cavab axtarır. Bu araşdırmaları ümumi kütlə qarşısında oxumaqla gəncləri azğınlıqdan qoruyan Mütəhhəri çox qısa zaman daxilində İranda böyük uğur və məşhurluq əldə edir. 1955-ci ildə o, “Tələbə İslam Cəmiyyəti”ndə təfsir dərsləri qoyur. 1956-cı ildə isə Tehran Universitetində İlahiyyat fakültəsində müəllim kimi çalışmağa başlayır. Burada o, yaranan şübhələri araşdıraraq Qərb ideologiyasının əslində çürük nəzəzriyyələrini üzə çıxararaq bunun aldadıcı və yayındırıcılıqdan başqa bir şey olmadığını təkcə tələbələrə deyil, inancsız müəllimlərə də sadə nümunələrlə başa salır. 1959-cu ildə Ayətullah Mütəhhəri “Müsəlman Təbiblər Cəmiyyəti”nə vaiz kimi dəvət olunur. Elmi fikirlərlə yanaşı inqilabi düşüncələri ilə də elmi cəmiyyət qarşısında çıxış edən Mütəhhəri, yeni elmi bir uğura da imza atmış olur. Əlbəttə, bu da qeyd olunmalıdır ki, Mütəhhərinin bu çıxışları İran şah rejminin kəskin qınaq və təzyiqi ilə də üzləşməyə bilməzdi. Lakin bütün təzyiqlər Ayətullah Mütəhhərinin istismar olunan xalqının acı taleyinə susqun yanaşmaq üçün əsas olmur. Bu baxımdan o, sərt çıxışları ilə dini camiə ilə yanaşı elmi sinfin də daxilində böyük nüfuz sahibinə və münasibətlər 1962-ci il “15 Xordad” hərəkatının təməl prinsipinə çevrilir. Əsas bazası Ayətullah Mütəhhərinin adutoriyasından təşkil tapan “15 xordat”çılar şah rejminin istismar siyasətinə “yox” deyərək küçələrə çıxır. Hərəkata öz çıxışları ilə təkan verən Mütəhhəri İmam Xomeyni ilə sıx əlaqələri onun hərəkatın növbəti mərhələsi üçün söhbətlər hazırlamasına gətirib çıxarır. Şahın qadağası ilə üzləşəcək növbəti addım çətın və təhlükəli olacağı aydın idi.
Ayətullah Müthhəri bütün enerjisini bu istiqamətə qoyaraq məntiqi ilə mübarizə meydanının dərinliklərinə baş vurur. Məhz bu çıxışlar insan qanına susamış istismarçı şah rejminin canına titrəyiş salır. Kütlənin ayağa qalxması təhlükəsini qarşılamaq üçün rejim Ayətullah Mütəhhərinin həbsi üçün fərman verir. 1963-cü ildə Ayətullah Mütəhhəri həbs olunur. Lakin kütlənin təzyiq və etirazı Tehranda yaratdığı ajartaj, qısa zaman kəsiyində Mütəhhərinin azadlığa çıxması ilə nəticələnir. Şah bu işə zərbəsi kimi İmam Xomeynini bu hərəkatdan uzaqlaşdırmasını mövcud zaman üçün ən ideal vasitə hesab edir. O, bununla etiraza qalxan xalqın qəzəbini yatıracağına ümid edir. Elə buna görə də İmam Xomeyni həbs olunur və qısa zamanda ölkədən əvvəlcə Türkiyəyə, daha sonra isə İraqın Nəcəf şəhərinə sürgün edilir. Əlbəttə İmamın sürgünü ümumi kütlədə çaşqınlıq yaratsa da, bunu Mütəhhərinin ünvanına əsla demək olmazdı. Lakin indi məsuliyyət hissi bir az da artıq Ayətullah Mütəhhərinin üzərinə düşür. O, bundan sonra İmam Xomeyni təfəkkürünü İran xalqının varlığına daha geniş yaxınlaşdırmaq üçün daha ciddi çalışmalı idi. Tehranda ümumi kütlə qarşısında çıxışlar edən Mütəhhəri İmam Xomeyni hərəkatının əslində bir İslam çağırışı olmasını diqqətə çatdıraraq bunun müdafiə edilməsini hər bir fərd üçün İlahi vəzifə olmasını onlara bildirir. Bu ideoloji mübarizə şah rejminin stunlarını sirklələyəcəyi şübhəsiz idi. Çıxışların intensiv hal alması üçün 1967-ci ildə Ayətullah Mütəhhəri tərəfindən Tehranda “İrşad” hüseyniyyəsi yaradılır.
Demək olar ki, bu gün kitab halına salınan Ayətullah Mütəhhəriyə aid kitabların bir çoxu bir zamanlar xütbə versiyasında Ayətullah Mütəhhəri məhz bu hüseyniyyədə çıxış etmişdir. Beləcə çox qısa bir zamanda “İrşad” hüseyniyyəsi Tehranın strateji siyasi inqilabi tribunasına çevrilir.
1976-cı ildə Ayətullah Mütəhhəri İraqa siyasi sürgün edilən, mühacirətdə olan İmam Xomeyninin görüşünə yollanır. Bu səfər əslində artıq baş tutmaqda olan İslam inqilabi üçün son görüş rolunun oynayır. Təbii ki, hicrətdə olan İmam Xomeyni məramı ümumi kütlə tərəfindən qəbul olunmaq üçün cəmiyyətdə nüfuzla bərabər nitq, elm və şücaət də lazım olduğundan Mütəhhəri bu nöqtədə seçilmiş ən mükəmməl namizəd idi. Qısa bir zamandan sonra İrana dönən Mütəhhəri bütün diqqətini Ayətullah Xomeyninin görmək istədiyi İran İslam Respublikasının qurulması istiqamətinə yönəldir. Ayətullah Behişdi ilə six əmıkdaşlıq quran Mütəhhəri qısa bir zaman daxilində İrana canlanma bəxş edir və fədakar İran gənclərini şah rejmini devirməyə qaldırır. Bununla da o, Xomeyni ideyalarına İranda rəhbərlik edən əsas sima kimi meydana atılır. İraqda Xomeyninin düşünən beynini İranda eyniliklə icraya keçirən Mütəhhəri İranın daxılı qüvvələrini bir cəbhə olaraq toplamaqla etiraz dalğasını genişləndirə bilir. Və çox keçmir ki, İranda qüvvlərin birliyi kütləvi insan qətlinə baxmayaraq şahın xanədanını sirkələyir. Öz xalqına qarşı amansız divan tutan şah, xalqın haqq etirazını hər vasitə ilə yatırmağa çalışsa da baş tutmur. Hiddətlənmiş xalq öz müqəddəratının həllinə bütün varlığını qoyaraq şaha “Yox!” deyir. 1979-cu ildə İranın hər bir bucağı şah xanədanını devirə bilir və beləcə XX əsr dünyadasında ilk şiə dövləti qurulur.
Ayətullah Mütəhhəri bu dəyərli məsuluyyətin yükünü çiyinlərinə alacaq rəhbəri, İmam Xomeyni ilə aeroportda görüşdükləri zaman İmama “Allahın salamı olsun sənə şanlı rəhbər. Biz Allah istəyəndən başqa bir şeyə nail ola bilməzdik” kəlməsini söyləyərək 14 illik sürgündə olan İmam Xomeynini sinəsinə sixir. Beləcə əsirlərdən sonra ilk Şiə əqidəsinə məxsus dövlətin əsasları qurulur. Az qala bütün dünyanın etirazı ilə üzləşən bir dövlət.
Ayətullah Mütəhhəri dövlətin qurulmasından sonra yaranacaq çətinliklərin heç də onu qurmaq qədəricəsindən az olmayacağını anlayır və elə buna görə idi ki, bütün güc və enerjisini qoyaraq dövlətin təməlini möhkəmlətməyə çalışır. Kütlə qarşısında çıxışlara qalxaraq bundan sonra azad İranın parlaq gələcəyini qurmaq üçün İran xalqına olan ehtiyacını dəfələrlə onlara bildirir. Beynində dolaşan çoxsaylı elmi fikirləri isə dövlətin təməl prinsiləri möhkəmlənəndən sonra həyata keçirəcəyini düşünərək yeni layihələr çəkir. Amma əfsus! Böyük dühanın elm dünyasında inqilabdan sonra nələr yaranacağı Allahına bəlli ikən 1980-ci ildə, ilqilabdan heç bir illik zaman ötməmiş May ayının 2-də, saat 22:20 dəqiqədə İran daxili terror hərəkətləri ilə bir çox dəyərli şəxslərin həyatına son qoyan “Furqan” təşkilatının fəalları Ayətullah Mütəhhərinin alin nahiyəsinə açdıqları atəş nəticəsində onu Qum şəhərində şəhid etdilər.
Mütəhərrinin şəhadət xəbəri bütün İrani yerindən oynadır. Qəlb yanğısı ilə bütün Mütəhhəri sevənlər Quma axışır. Ağılların almadığı bu acı həqiqət hər kəsi qüssə və göz yaşlarına qərq edir. Mütəhhəri ilə vida məclisi qurulur və xalq kütlələri dəyərli şəxsiyyətlə son dəfə ayrılmaq üçün onun cənazəsini ziyarət edir. Böyük İnqilab Rəhbəri İmam Xomeynini göz yaşları ilə etdiyi vida xütbəsi isə bütün İranının yaşadığı hüznün göstəricisi idi. Ayətullah Mütəhhəri Qum şəhərində Xanım Məsumənin (s.ə.) hərəmində dəfn edilir.
Bu gün şəhid Murtəza Mutəhhərinin anım günüdür