ABŞ polisi Kolumbiya Universitetində 100 Fələstin tərəfdarını həbs edib

BCNews çərşənbə günü xəbər verir ki, Nyu York polisi Kolumbiya Universitetinin Hamilton Hall binasına basqın zamanı 100 etirazçı Fələstin tərəfdarını həbs edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Nyu-York polisi yerli vaxtla axşam saat 21:00-dan sonra Kolumbiya Universitetinə basqın edib və saat 23:00-da universitetin həyətini etirazçılardan təmizlədiklərini elan edib. 

Universitet rəhbərliyi polisdən ən azı mayın 17-nə qədər universitetdə qalmağı xahiş edib. 

Kolumbiya Universitetində Fələstin tərəfdarı olan tələbə qruplarının əsas tələblərindən biri, universitetin Qəzzaya vəhşicəsinə hücum edən İsraillə iqtisadi əlaqələrini kəsməsini tələb etmələridir.