Tehran-Bakı hərtərəfli mədəniyyət memorandumu yenidən imzalanmalıdır

İranın Mədəniyyət və İslami İrşad naziri deyib: Bizim Azərbaycan Respublikası ilə çoxlu mədəni, tarixi və sivilizasiya ortaqlığımız var və biz iki ölkə arasında hərtərəfli mədəniyyət memorandumunu yenidən imzalamaq istəyirik.

Mayın 1-də Məhəmməd Mehdi İsmaili Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşdə iki ölkə arasında mədəniyyət mübadiləsinin bərpasını vurğulayaraq deyib: Biz iki ölkə arasında hərtərəfli mədəniyyət memorandumunu yenidən imzalamaq istəyirik. İranın Azərbaycan Respublikası ilə ümumi, uzun dəniz və su sərhədi var və mən təklif edirəm ki, sərhəd şəhərlərində mədəni əlaqələr yaradılsın.
Mədəniyyət naziri azərbaycanlı həmkarı ilə görüşündə İran və Azərbaycan kinematoqrafçılarının birgə iclasının keçirilməsinin zəruriliyinə işarə edərək, sözlərinə belə davam edib: Biz iki ölkənin yazıçıları və kinematoqrafçıları arasında birgə görüş keçirməyə hazırıq.
Bu görüşdə İsmaili 13-cü hökumət dövründə qonşularla mədəni əlaqələrin yenidən qurulmasını vurğulayaraq deyib: İran və Azərbaycan Respublikasının iki xalqı bir-birləri ilə bir çox mədəni, tarixi və sivilizasiyaya görə ortaqlıqlara malikdir və bu səbəbdən, Azərbaycan Respublikasında bir iranlı və İranda sizin ölkənizdən olan şəxs özünü yad hiss etmir.